Fevralda ən çox qar bu ərazilərə yağıb
“2025-ci ilin fevral ayında ölkə ərazisində soyuq hava kütlələrinin təsiri daha çox təkrarlanıb. Buna uyğun olaraq havanın temperaturu Bakı və Abşeron yarımadasında iqlim norması ilə müqayisədə 15 gün normadan aşağı olub, orta aylıq temperatur isə 3.6 dərəcə isti qeydə alınıb”.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, ötən ay maksimal temperatur fevralın 16-sı qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə İmişli rayonunda 18, Bakıda və Abşeron yarımadasında isə 15 dərəcə isti olub. Ay ərzində ən soyuq dövr 24-25 fevral tarixlərində qeydə alınıb. Belə ki, ölkə üzrə Şahdağda 23, Bakıda və Abşeron yarımadasında isə 7 dərəcə şaxta müşahidə olunub:

“2025-ci ilin fevral ayında bölgələr üzrə 20 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağış bölgələr üzrə aylıq normanın 244 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 172 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb”.

N. Mahmudov qeyd edib ki, 2025-ci ilin fevral ayında Bakıda və Abşeron yarımadasında 10 gün qarlı hava şəraiti müşahidə olunub. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 12 sm olub.

Bölgələrdə isə ən çox qar Balakən-Şəki zonasında qeydə alınıb, Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) qar örtüyünün maksimal hündürlüyü 82 sm-ə çatıb:

“Qeyri-sabit hava şəraitinin fonunda ay ərzində arabir güclənən şimal-qərb küləkləri üstünlük təşkil edib və ümumilikdə küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib”.

Son xəbərlər

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930