Tramp barmaq silkələyərək hansı mesajı verirdi?


Xəbər verdiyimiz kimi, ötən gecə Ağ Evdə ABŞ və Ukrayna liderləri Donald Trampla Volodimir Zelenskini arasında gərgin anlar yaşanıb.

Müzakirələr xüsusilə Zelenskinin Rusiya Prezidenti Vladimir Putin haqqında səsləndirdiyi ittihamlardan sonra sözlü savaş halı alıb.

Donald Trampın Zelenskini Üçüncü Dünya Müharibəsi ilə qumar oynamaqda ittiham etməsi mübahisənin maraqlı məqamlarından biri idi:

“Sizin əlinizdə lazımı kartlar yoxdur. O kartları sizə biz tədqim edirik. Vaşinqtona təşəkkür etməlisiniz. Amma siz hələ də “razılaşmaya getməyəcəm” deyirsiniz. Hazırda milyonlarla insanın həyatı, Üçüncü Dünya Savaşı ilə qumar oynayırsınız!”

Zelenskiyə şərt kəsərək ya sövdələşməyə getməli olduğunu, ya da ABŞ-nin dəstəyindən məhrum qalacağını xatırladan Tramp görüşdən sonrakı açıqlamalarında da Rusiya mövqeyindən fikirlər səsləndirib. O qeyd edib ki, Zelenski ancaq Putin haqqında iddialar səsləndirməyi buraxsa və barışıq üçün maraqlı olsa, yenidən Vaşinqtonda onunla görüşə bilər.

Sonuncu, yəni İkinci Dünya Müharibəsində də oxşar mənzərə yaranmışdı. ABŞ və SSRİ dünyanın aparıcı siyasi gücləri Hitler koalisiyasına qarşı ittifaq qurmuşdular.

Qayıdaq İkinci Cahan Savaşına. Həmin vaxt nə olmuşdu?

Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin rəsmi başlanma tarixi sayılır, lakin müharibədən əvvəlki baş verən hadisələri də hesaba alsaq, savaşın daha öncə başladığını deyə bilərik.

2 sentyabr 1945-ci ildə sonalan müharibə onmilyonlarla insanın ölümünə səbəb olub: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbçinin həlak olub. Bundan başqa müharibə 25 milyona yaxın mülki şəxs qətlə yetirilib.

Trampın səsləndirdiyi “Milyonlarla insanın həyatı, Üçüncü Dünya Müharibəsi ilə qumar oynayırsan” fikri bu mənada böyük əhəmiyyət və təhdid dolu ifadə kimi qəbul edilə bilər.

Bütün bunları nəzərə alaraq ABŞ liderinin Zelenskiyə dönə-dönə məğlub durumda olduğunu və hətta öz “əlini onun üstündən çəksə” Putinlə təkbətək müharibəyə qalacağını, bunun isə xoşbəxt sonla başa çatmayacağını xatırlatması o ankı emosiya yox, xəbərdarlıq idi desək yanılmarıq.

Zelenski isə ötən gecə Vaşinqtonda qarşısına qoyulan şərtlərlə bu gün Londona üz tutub. Dünya mediasının yazdığı xəbərlərə görə, Avropa liderləri onu bu səfərdən əliboş yola salmayacaqlar. İndi hər kəsi bir sual maraqlandırır: Zelenski bundan sonra hansı addımı atacaq?

Son xəbərlər

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930