
Xəbərlər
18.02.2025, 19:27
BELA ZƏNGİBASARLI : QIŞ YAĞIŞI - FOTO
QIŞ YAĞIŞI
Buludlardan sevgi götür,
Mələklərlə mənə ötür.
Ruhuma bir dinclik gətir,
Qışda yağan qış yağışı.
Hər damlası bəlkə sirdi,
Son enişi quru yerdi.
Görünüşü inci, zərdi,
Qışda yağan qış yağışı.
O ələnir dağa, düzə,
Hər cığıra, hər bir izə.
Qonaq gəlir göydən bizə,
Qışda yağan qış yağışı.
Damlasında bir nəğmə var,
Dinir sanki kamanla, tar.
Gözəl olar yağsa da qar,
Qışda yağan qış yağışı.
Yolu keçir gör haradan?
Müjdə verir ilk bahardan.
Salam gətir dostdan,yardan,
Qışda yağan qış yağışı.
Mələklərlə mənə ötür.
Ruhuma bir dinclik gətir,
Qışda yağan qış yağışı.
Hər damlası bəlkə sirdi,
Son enişi quru yerdi.
Görünüşü inci, zərdi,
Qışda yağan qış yağışı.
O ələnir dağa, düzə,
Hər cığıra, hər bir izə.
Qonaq gəlir göydən bizə,
Qışda yağan qış yağışı.
Damlasında bir nəğmə var,
Dinir sanki kamanla, tar.
Gözəl olar yağsa da qar,
Qışda yağan qış yağışı.
Yolu keçir gör haradan?
Müjdə verir ilk bahardan.
Salam gətir dostdan,yardan,
Qışda yağan qış yağışı.
18.02.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



