Texniki baxış zamanı bu sürücülərdən əlavə pul alınacaq


Xəbər verdiyimiz kimi, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.

Yenixeber.org: Dəyişikliyə əsasən, avtomobillər texniki baxışdan keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır və texniki baxışa görə rüsumla yanaşı utilizasiya haqqı da ödənilməlidir.

Hüquqşünas Ərşad Hüseynov açıqlamasında bildirib ki, gələn ilin fevralın 1-dən qüvvəyə minəcək qərara görə utilizasiya haqqının məbləği hələlik məlum deyil: “Bu ilin iyun ayında “İstehsalat və Məişət Tullantıları haqqında” Qanuna dəyişikliklər edildi və qanunun adı da dəyişdirilərək “Tullantılar haqqında” qanun oldu. Həmin dəyişikliklərdən biri nəqliyyat vasitələrinin utilizasiya ilə bağlı məsələləri nəzərdə tuturdu. Orada göstərilib ki, ölkəyə gətirilən və ölkədə istismarda olan yaşı 4 ildən yuxarı minik avtomobillərinə görə onların sahibləri tərəfindən utilizasiya haqqı ödənilməlidir. Həmin utilizasiya haqqı Utilizasiya Fonduna ödənilməlidir. Utilizasiya Fondu da Prezidentin müvafiq fərmanı ilə yaradılmalıdır”.

Ə.Hüseynov bildirib ki, hələlik həmin fond yaradılmayıb: “Utilizasiya Fondunun təyinatı orada avtomobil sahiblərinin ödədiyi haqları hesablamaq, eyni zamanda digər mənbələr hesabına ölkədə həyata keçiriləcək nəqliyyat vasitələrinin utilizasiya prosesini maliyyələşdirməkdir. Avtomobilinin yaşı 4 ildən yuxarı olanlardan tutulan haqqlar həmin fondda cəmləşəcək. Həmçinin qeyd edim ki, utilizasiya haqqını yalnız minik avtomobili sahibləri ödəməlidirlər. Əgər yaşı 4 ildən artıq olan avtomobil Azərbaycana birinci dəfə gətirilərsə, gömrük prosedurları zamanı utilizasiya haqqı ödənilməlidir. Yəni bu işə gömrük orqanları nəzarət etməlidirlər. Ölkədə artıq istismarda olan avtomobillər üçün isə bu qaydaların qüvvəyə minməsi ilə, hər il texniki baxış zamanı utilizasiya haqqı ödənilməlidir”.

Hüquqşünas əlavə edib ki, utilizasiya haqqının məbləğini Nazirlər Kabineti müəyyən etməlidir: “Hələlik Utilizasiya Fondu yaradılmayıb və buna görə sürücülərdən tutulacaq rüsumun məbləği də müəyyən edilməyib. Bununla bağlı Prezidentin fərmanı və Nazirlər Kabinetinin müvafiq qərarı yoxdur. Bütün bu dəyişikliklər isə fevralın 1-dən, təxminən 40 gün sonra qüvvəyə minməlidir. Yəqin ki, yaxın günlərdə həmin fond yaradılacaq və məbləğlər də müəyyənləşəcək. Daxili İşlər Nazirliyinin təlimatda etdiyi dəyişikliyə gəlincə, bu, sırf texniki xarakter daşıyır. Sadəcə qanunda qəbul edilib ki, yaşı 4 ildən artıq olan nəqliyyat vasitələri texniki baxışdan keçirilərkən avtomobil sahiblərindən utilizasiya haqqı alınmalıdır. Vətəndaş o məbləği dövlət büdcəsinə bank vasitəsilə ödəyəcək”.

Əldə etdiyimiz məlumata görə, Nazirlər Kabineti avtomobillərin utilizasiyasına görə rüsumu müəyyən edərkən nəqliyyat vasitələrinin yaşını nəzərə alacaq. Yəni avtomobilin istehsal ili nə qədər çoxdursa, utilizasiya haqqı da o qədər yüksək olacaq.(Qafqazinfo)

Son xəbərlər

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930