Xəbərlər
13.09.2023, 09:00
Günün qoroskopu: Yanınızda təcrübəli və təmkinli insan olarsa, pis deyil
Qoç - ötən həftə yaranmış bir sıra problemləri həll edə bilərsiniz. Aktiv fəaliyyət zamanıdır. Çözüm və həlli təxirə salmayın. Yaxın ətrafınızdakı insanların qayğısına qalın, amma öz maraqlarınızı da unutmayın.
Günün ikinci yarısında səbrli olun. Situasiya çətinləşəndə, vəziyyət qəlizləşəndə diqqətli olun. Enerjili, aktiv olun. Adi mübahisə böyüyərək münaqişəyə çevrilə bilər. Belə qarşıdurma əhvalınızı korlamasın.
Axşam saatlarınızı yaxınlarınızla keçirin.
Buğa - maraqlı gündür. İndiyədək aşkarlamadığınız bacarıqlarınızı nümayiş etdirin və onlardan effektiv şəkildə yararlanın. Hisslərinizi ayrıd edin. Yaxın ətrafınızdakı insanlar barədə nə düşündüyünüzü konkretləşdirin.
Pis tanışlar və başabəla dostlardan qurtulun. Yeni əlaqələr, tanışlıqlar formalaşa bilər.
Günün ikinci yarısında maliyyə fonu stabil olacaq. Gəlirləriniz çox olmasa da, yetərlidir. Alış-verişdə çox pul xərcləməyin. Planlaşdırılmamış əyləncələrdən imtina edin.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - məsuliyyətli yanaşma tələb edən işlərdə uğura nail ola bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində izafi diqqət tələb edən işlər var. Bütün diqqətinizi bu işlərə yönəldin. Rəqibləri üstələrəyək ciddi uğur qazanmaq, məqsədlərə çatmaq olar.
Böyük kommersiya potensialına malik ideyalar yarana bilər.
Günün ikinci yarısında emosional fon stabil deyil. Şəxsi münasibətlərdə çətinliklər istisna deyil. Sevdiyiniz insanla təmaslarda soyuqluq yaratmayın. Fəaliyyət azadlığına ehtiyacınız var. Yaxınlarınızın himayəsinin ifrata varması sizi qıcıqlandıracaq.
Xərçəng- qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmasa da, mümkündür. Qətiyyətli və iradəli olun, yolunuzdakı maneələri aradan qaldırın. Dürüst qərarlar vermək asan olmayacaq. Problemdən çıxış yolu tapmaq üçün baş sındırmalı olacaqsınız
İndiyədək sizə dəfələrlə yardım vəd etmiş şəxs sizi aldada bilər. Yalnız öz qüvvənizə bel bağlayın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda səmimi və aktiv olun. Ailə problemlərini qulaqardına vurmayın. Belə olarsa, çoxlu pozitiv emosiyalar alacaqsınız. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil.
Ehtiyatlı olun.
Şir - günün ilk yarısı uğurlu olacaq. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Rəğbət bəslədiyiniz insanla normal münasibətlər qurun. Yeni tanışlıq maraqlı və effektiv ola bilər.
Aktiv olun, səylərinizin effektiv sonuclanmasına səy göstərin.
Günün ikinci yarısında situasiya çətinləşəcək. Mürəkkəb zamandır, sayıq davranın. Bir qədər sonra vəziyyət daha da gərginləşə bilər. Emosional fon stabil deyil. Emosional olmayın. Əhvalınız sürətlə dəyişəcək.
Dəyər verdiyiniz insanların qədrini bilin.
Qız - sakit və rəvan gündür. Gerçəkdən də, maraqlı saydığınız işlərlə məşğul olun. Yeni maraqlar, ideyalar və hobbilər formalaşa bilər. Gəlir mənbələrinin sayını artırmaq imkanını əldən verməyin. Yeni nə isə öyrənə bilərsiniz.
Dəvət aldığınız tədbirə qatılmağı unutmayın.
Günün ikinci yarısında pozitiv emosiyalar istisna deyil. Yaxınlarınızla münasibətlərdə emosional olmayın. Qətiyyətli olun, lazım bildiyiniz qərarı qəbul edin. Yoxsa bir qədər sonra təəssüflənə bilərsiniz.
Ətraflı
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - əsas diqqəti işə yönəldin. Dincəlmək, istirahət etmək, əylənmək zamanı deyil. Maraqlı saydığınız işlə məşğul olun.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Fəaliyyətinizin maksimal dərəcədə effektiv olması üçün bütün vasitələrdən yararlanmaq lazımdır. Rəğbət bəsləmədiyiniz insanlarla təmaslardan yan qaçın.
Günün ikinci yarısında emosional fon stabil deyil. Məcburi ünsiyyət əhvalınızı korlaya bilər.
Axşam saatlarına yaxın fiziki işlərlə məşğul olmayın. Pəhrizə başlamaq olar. Qidalanmada özünüzü məhdudlaşdırın, amma ac qalmayın.
Əqrəb - adi günlərdən fərqli olaraq yaxınlarınız işlərinizə daha çox qarışacaqlar. Situasiya sizi narahat edir, qıcıqlandırır. Emosiyaların təsiri altına düşməyin. Sayıq, təmkinli və soyuqqanlı olun. Hisslərinizin əsirinə çevrilməyin. Romantik etiraflar üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında şəxsi münasibətlərdə diqqətli olun. Bilik və bacarıqlarınızı artırın, təcrübə toplayın. Yaradıcılıq fəaliyyəti üçün münasib zamandır.
Sükan arxasında çox vaxt keçirməyin.
Oxatan - tənbəllik etməyib süstlüyə qapılmasanız, parlaq və uğurlu gün olacaq. Maraqlı işlər nə qədər çox alınarsa, məqsədə doğru o qədər sürətlə irəliləyəcəksiniz. Ətalət əhvalınıza və səhhətinizə pis təsir edə bilər.
Kommersiya fəaliyyəti üçün münasib zaman deyil.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Sadəlövh olmayın, tanımadığınız insanlara inanmayın. Belə davranışınızdan kimsə mütləq faydalanmağa çalışa bilər.
Yaxınlarınızla ünsiyyət pozitiv emosiyalar vəd edir. Amma bunun üçün dəyər verdiyiniz insanlarla təmaslarda təşəxxüs və ironiyaya yol verməyin. Axşam saatlarında travma riski artır. Səhhətinizdə problemlər yarana bilər.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - çətin, laübəli gündür. Az sonra situasiya dəyişəcək. Müsbət təmayüllərin təsiri güclənəcək. Səbrli və təmkinli olun. Mühüm məsələlərlə bağlı qərar qəbul etmək üçün əlverişli gündür. Risk etməyin, təsadüfə bel bağlamayın. Ehtiyat və sayıqlıq ən yaxşı müttəfiqləriniz ola bilər.
Günün ikinci yarısında uzaqdan problematik xəbərlər alacaqsınız. Hadisələrə bədbin yanaşmayın. Əhvalınızı yaxşılaşdıracaq məlumat eşidəcəksiniz. Yaxınlarınızla münasibətlərdə problemlər yaratmayın. Mübahisə ən kiçik səbəbdən yarana bilər. Fəsadlar ciddi olmasın. Əks təqdirdə barışmaq çətinlik yaradacaq.
Dolça - kiçik anlaşılmazlıqlar, uğursuz təsadüflər və önəmsiz olaylar sizi qıcıqlandıracaq. Maddi durumunuz və rifahınız üçün ciddi təhdid yoxdur. Əsas məsələ sakit, soyuqqanlı olmağınızdır. Təşvişə düşməyin, emosiyaların təsiri altında yanlışlıqlara yol verməyin.
Yanınızda təcrübəli və təmkinli insan olarsa, pis deyil.
Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın. Yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Xroniki xəstəlik və ya ağrılar yenidən baş qaldıra bilər. Sümüklərdə, oynaqlarda ağrılar istisna deyil. İşlərinizdə ehtiyatlı olun.
Axşam saatlarında sərvaxt davranın.
Balıqlar - gərgin, ziddiyyətli, amma çox maraqlı gündür. İntuisiyanıza güvənin, təhtəlşüurunuza etibar edin. Etibar ediləsi insanlarla uzaq durmağınız məsləhət olan adamları müəyyənləşdirməyə çalışın. Bu və digər insan barədə niyə məhz elə düşündüyünüzü özünüzə izah edə bilmirsiniz. Amma qənaətləriniz yanlış və səthi deyil.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yarana bilər. Ciddi ixtilaf istisna deyil. Azadlıq və müstəqillik arayırsınız. Qaydalara riayət edin. Bu qaydalar ağıllı və məntiqlidir. Həddən artıq inadkar olmayın. Əks təqdirdə çoxsaylı səhvlər edəcəksiniz.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay