Şarl Mişel: Avropa İttifaqı 2030-cu ilə qədər sıralarını genişləndirməyə hazırlaşmalıdır
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel təşkilatın 2030-cu ilə qədər sıralarını genişləndirməyə hazırlaşmalı olduğunu bildirib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, bu barədə Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxış zamanı danışıb.

Çıxışı zamanı Qərbi Balkan ölkələri, Ukrayna və Moldovaya toxunan Ş.Mişel Aİ-nin genişlənmə vaxtının gəldiyini bildirsə də, hazırda uzun müddətdir namizəd ölkə olan Türkiyəni qeyd etməyib.

“Qeyri-müəyyənlikdən qurtulmağın və problemlərlə vicdanlı və açıq şəkildə mübarizə aparmağın vaxtı çatıb”, - deyə o söyləyib.

Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna barədə danışan Ş.Mişel Moldova və Ukraynaya 2022-ci ilin iyununda Aİ-yə üzv olmaq üçün namizədlik statusu verildiyini xatırladıb və deyib: “Genişləndirmə artıq xəyal deyil. İndi irəli getmək vaxtıdır. Hələ görüləcək çox iş var. Genişlənmə gələcək üzvlər və mövcud üzvlər üçün çətin, mürəkkəb və ağrılı olacaq. Əgər biz inandırıcı olmaq istəyiriksə, vaxt və öz ev tapşırığımız haqqında danışmalıyıq. Mən bunu istəyirəm. Aİ-nin strateji gündəliyinə hazırlaşarkən özümüzə dəqiq bir hədəf qoymalıyıq. Biz hər iki tərəfdən özümüzü 2030-cu ilə qədər genişlənməyə hazırlamalıyıq”.

Son xəbərlər

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

Aslı Enverin ərinə bu ölkədə vəzifə verildi - Türkiyədən köçürlər

TOFİQ KİŞİ : (İsmayıllı şəhidi Mayılın atasını dərdli, qəmli, amma məğrur gördüm...)

AYƏTXAN ZİYAD - 75

AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Putin ordu ilə bağlı həmin fərmanı imzaladı

90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur

Süni intellektlə 95 milyon avroluq fırıldaq: Bank rəhbərini belə aldatdılar

Doğum gününüz mübarək olsun əzizimiz İradə xanım!

"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan

37 yaşlı yeni başçının - Dosyesi

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

TARİXLƏŞƏN SENTYABR

Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Mustafa Sandal və xanımından 11 milyardlıq iddialara cavab

50 ilin işığında... - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930