Bakıda Olimpiya çempionu sevgilisinin ərini bıçaqlayıb - TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin ərini bıçaqlamaqda və quldurluqda təqsirləndirilən Azərbaycanın tanınmış güləşçisi, olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sfera.az News24.az-a istinadən bildirir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş şəxsin 10 yaşlı oğlu ifadə verib. O bildirib ki, Elman Muxtarovun onun anası ilə münasibətləri olub: "Mən həyətdən gəlirdim . Bir nəfər kişi arxamca gəldi mənimlə evə girdi. Atam öz otağında idi, anam isə mətbəxdə. Həmin şəxs mətbəxə keçib qapını bağladı. Mən ağladım. Anam gəlib məni sakitləşdirdi, dedi ağlama, keç otağında otur, yenə qapını bağladılar. Bir müddətdən sonra atam gəldi, dava düşdü, atamı döydü".
İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu qadının həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da qadının oğlunu yaşadığı binanın qarşısında izləyib. Uşaq evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman qadının əri də evdə olub.
Evə basqın edən idmançı qadının həyat yoldaşına yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.
Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.
Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Son xəbərlər

Putin ordu ilə bağlı həmin fərmanı imzaladı

90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur

Süni intellektlə 95 milyon avroluq fırıldaq: Bank rəhbərini belə aldatdılar

TOFİQ KİŞİ : (İsmayıllı şəhidi Mayılın atasını dərdli, qəmli, amma məğrur gördüm...)

Doğum gününüz mübarək olsun əzizimiz İradə xanım!

"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan

37 yaşlı yeni başçının - Dosyesi

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

TARİXLƏŞƏN SENTYABR

Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Mustafa Sandal və xanımından 11 milyardlıq iddialara cavab

50 ilin işığında... - FOTOLAR

Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ

Şərafəddin Ilkin : BAXANA XOŞ GƏLƏN GÖZ ADAMIYAM - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Qəlbimizdə həmişəlik yaşayacaqsan...

Mədəni gözəlliyi əsəblər məhv etməsin...

"QOŞMA"DA QAZİ GÖRÜŞÜ - FOTOLAR

NƏ YAXŞI Kİ... - FOTO

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930