Azərbaycan və Belarus arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Fevralın 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Səfər Mehdiyev Azərbaycanla Belarus arasında sağlam təməllər üzərində qurulan münasibətlərin formalaşmasında hər iki ölkənin prezidentlərinin fəaliyyətini xüsusi vurğulayaraq qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu bildirib, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın Belarusla gömrük sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrindən razılığını bildirən Komitə sədri bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gömrük işinin səmərəli təşkili istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verən Səfər Mehdiyev tətbiq edilən yeniliklərin beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gömrük sistemində aparılan islahatları yüksək qiymətləndirən Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan və Belarus arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan və Belarus arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Son xəbərlər

TƏNQİD,YOXSA KÖHNƏ MARAQLARIN MÜDAFİƏSİ?

Kür çayının aşağı axınına suyun buraxılmasına başlanıldı

Azərbaycan Premyer Liqası: XXIX tura bu gün iki matçla yekun vurulacaq

Həftənin ilk günü Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

TƏRANƏ MƏFTUN : ŞƏFA KÜRSÜSÜNDƏ TAXT QURUB, CANIM - FOTO

Keçmiş icra başçısı dünyasını dəyişdi

Leyla Əliyeva onuncu sinif şagirdinə qolbağını bağışladı - FOTOLAR

Bukingem sarayı: Silahlı insidentə baxmayaraq III Çarlzın ABŞ səfəri plan üzrə keçiriləcək

Millimiz 6-cı dəfə Avropa çempionu oldu

İlin ən yaxşı fotosu və fotojurnalisti seçildi

iPhone modelindən olan 12 telefonu almayın - SƏBƏB

Artıq bəylə gəlin "Vağzalı" istəmir

Robotlar işləyəcək, insan nə edəcək?

NƏĞMƏDİ, ŞEİRDİ HÜSEYN SÖZLÜ - FOTO

Bu qırmızı kart saxta xəbərlər üçündür - FOTO

"Yeraltı"nda gözlənilməz ayrılıq - FOTO

Kolumbiyada terror aktı - 20 nəfər öldü, 3 günlük matəm elan edildi

“Eşref Rüya”da yeni sima

“Ceylan”ın gedəcəyi deyilir - Sevgi üçbucağı dağılır? - FOTOLAR

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

“Qalatasaray” öz meydanında “Fənərbaxça”nı məğlub edib

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

Putin Əraqçi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

Qurban Qurbanov: “Neftçi“ ilə oyunlar üçün əlavə motivasiyaya ehtiyac olmur

Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu olub

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930