Turaztv.az » Xəbərlər » Bircə səndin mənim “həyat ağacım”...
Xəbərlər

Bircə səndin mənim “həyat ağacım”...

23.06.2026, 15:24 131
Saçların dağılır soyuq yastığa
Gözündəki mirvarilər süzülür.
Həsrətindən kəlmələnən sözlərim
Durnaların qatarına düzülür.

Qəfil düşən soyuqlara bənzəyir
Yoldan ötən adamların küləyi.
Dayanacaq zolağında tapdadı
Bayaq kimsə yerə düşən ürəyi.

Yosunların yaşı qatar yolunda
Vur-tut desən üçcə ili haqlayır.
İşıqforlar bəhsə düşüb son illər
Nə hikmətsə yollarımı bağlayır..

Yenə də sən uzaqlığa darılma
Birgə böllük kədəri də, yoxu da..
Bu günədək yaşananlar heçnədi -
Qarşıdadı yolumuzun çoxu da..

Nə yaxşı ki, gəldin qara çayım da
Dodaqların daddı mixəklə darçın..
Tilsimlərin, ovsunların içində
Bircə səndin mənim “həyat ağacım”..

Oxşar xəbərlər