Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti slovakiyalı həmkarı Maroş Jilinkanın dəvəti ilə 22-23 iyun tarixlərində Bratislava şəhərinə rəsmi səfər edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, Slovakiya Baş Prokurorluğunda keçirilmiş görüşdə Maroş Jilinka qeyd edib ki, Azərbaycanın hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi onlar üçün prioritet təşkil edir və mövcud əlaqələrin hazırkı səviyyəsi yüksək inkişaf dinamikası ilə xarakterizə olunur.

Ötən il Bakıya səfərini xatırlayan ev sahibi cinayət təqibinin rəqəmsallaşması, prokurorluq orqanlarının fəaliyyətində müasir texnologiyaların tətbiqi, transmilli xarakterli, o cümlədən korrupsiya cinayətlərinin istintaqı sahəsində ölkəmizin təcrübəsinin onlar üçün xüsusi maraq kəsb etməsini bildirib.

Baş prokuror Kamran Əliyev qeyd edib ki, qarşılıqlı dəstək və müxtəlif sahələrdə əməkdaşlıqla səciyyələnən güclü və dinamik tərəfdaşlıq kimi qiymətləndirilən Azərbaycan və Slovakiya arasında yüksək səviyyəli münasibətlər xüsusilə son illərdə dövlət rəhbərlərinin səyləri nəticəsində daha da möhkəmlənib.

Kamran Əliyev qarşı tərəfə Prezident İlham Əliyevin rəhbərliyi, Birinci Vitse prezident Mehriban Əliyevanın yaxından iştirakı və xüsusi qayğısı ilə aparılan geniş miqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verərək qeyd edib ki, Slovak şirkətlərinin Qarabağda bərpa işlərinə töhfə verməsi, həmçinin ticarət, texnologiya və sənaye kimi sahələrdə əlaqələrin dərinləşməsi fonunda prokurorluq orqanları arasında peşəkar əlaqələrin də gücləndirilməsi aktual əhəmiyyət kəsb edir. Bu konteksdə ötən il hər iki ölkənin Baş Prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını təşkil edir.

Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, o cümlədən transmilli cinayətlər və maliyyə cinayətlərinin istintaqı, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb. Əməkdaşlıq əlaqələrinin inkişafını və daha öncə imzalanmış Anlaşma Menorandumunun icrasını təmin etmək məqsədilə müvafiq Proqramın hazırlanması barədə ilkin razılıq əldə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Slovakiya Respublikası Məhkəmə Şurasının sədri Marsela Kosova arasında da ikitərəfli görüş keçirilib.

Sədr Slovak Respublikasının məhkəmə sisteminin strukturu və fəaliyyəti, həmçinin məhkəmə və prokurorluq orqanları arasında qarşılıqlı əlaqələr barədə geniş məlumat verib.

Baş prokuror Kamran Əliyev isə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarından danışıb.

Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb, eləcə də məhkəmələrin fəaliyyətinin təşkili, insan hüquqlarının qorunmasında müasir və effektiv yanaşmalarla bağlı praktiki suallar ətrafında müzakirə aparıb.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyev Azərbaycanın Slovak Respublikasındakı səfirliyində olub.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Son xəbərlər

Hacıməmməd Məmmədov : AĞSAQQALLIQ YAŞIN DEYİL, MƏNƏVİ ZİRVƏNİN ADIDIR

Madriddə etiraz aksiyası keçirilir

BƏDİİ QİRAƏTİN BƏHİYYƏ XANIM ZİRVƏSİ

“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx

Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ

EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Yeni qərar müəllimlərin maaşına təsir edəcək

Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək

"Instagram"da yeni funksiya

Həsənxan ƏSƏDOV : Dünyandan sən köçüb gedəndən ATA! - FOTO

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031