Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında saziş imzalanıb

İyunun 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Komitə sədri BMTİP ilə ölkəmizin gömrük orqanları arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb. Səfər Mehdiyev bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin gömrük sistemində reallaşdırdığı islahatlar hesabına gömrük orqanları bütün sahələrdə mühüm nailiyyətlər əldə edib. Belə ki, şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi hesabına gömrük orqanları nəzərdə tutulan proqnozu artıqlaması ilə yerinə yetirib. Son bir ildə ölkəmizdən tranzit keçməklə Avropaya daşınması nəzərdə tutulan 1,7 ton narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Komitə sədri onu da vurğulayıb ki, hazırda İT sahəsində Azərbaycanın gömrük orqanları dünyanın bir sıra inkişaf etmiş ölkələrini geridə qoyur.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan gömrüyünün beynəlxalq aləmin etibarlı tərəfdaşına çevrildiyini vurğulayan Səfər Mehdiyev cari ilin aprel ayında Dövlət Gömrük Komitəsinin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri seçilməsinin, ÜGT-nin “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”nin iyunun 12-də Bakıda keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib.

Komitə sədri əldə edilən nailiyyətlərdə BMTİP-in müxtəlif sahələrdəki dəstəyinin mühüm rol oynadığını diqqətə çatdırıb və əməkdaşlığın bundan sonra daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti səmimi görüşə görə təşəkkürünü bildirib və Dövlət Gömrük Komitəsinin uğurlarını yüksək qiymətləndirərək, təmsil etdiyi qurumun da bu nailiyyətlərin əldə edilməsində rol oynamasından qürur duyduğunu diqqətə çatdırıb.

Birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin öz bəhrəsini verdiyini bildirən Alessandro Frakassetti Azərbaycan gömrüyünün mühüm vəzifələrin öhdəsindən gəldiyini, şəffaflığın təmin olunması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ticarətin asanlaşdırılması istiqamətində ciddi addımlar atdığını vurğulayıb.

Daha sonra Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında bu qurumun dəstəyi ilə həyata keçirilən “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsinin vaxtının uzadılmasına dair saziş imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti imzalayıblar.

İmzalanma mərasimindən sonra “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsi çərçivəsində BMTİP tərəfindən Dövlət Gömrük Komitəsinə verilən nəqliyyat vasitələrinə baxış keçirilib.

Son xəbərlər

Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı

İlk çıxışında belə çağırış etdi

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm - FOTO

Zelenski Trampdan cavab gözləyir

Cenniferin keçmiş əri səkkizinci dəfə ata oldu

Bakının bu ərazisində işığın verilişində fasilə olacaq

Salyanda çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb

Elnarə Abdullayevaya ağır itki

İstidə ürək dayanmasına aparan əlamətlər – Bədən təhlükəni əvvəlcədən belə bildirir

Jurnalistika ilə yaşlanmaq...

Trampın təhdidlərinə İrandan cavab

Həsən Bəy Zərdabi kimdir? - Bu günümüzdə imzası olan əfsanə

Səhvən sevgilisinin şəklini paylaşdı - Foto

Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar

22 İYUL – MİLLİ MƏTBUAT GÜNÜ: SÖZDƏN SÜNİ İNTELLEKTƏ UZANAN YOL VƏ AZƏRBAYCANIN İNFORMASİYA DİPLOMATİYASI

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib

Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH

Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

TƏBİB-də yeni - Təyinat

“Yüksəliş” müsabiqəsində 30 yaşadək qaliblər üstünlük təşkil edir

IV kurs tələbəsi vəfat etdi

Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldü

Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb

“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031