
Xəbərlər
16.07.2026, 09:25
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq.
Reykyavikdəki "Torfnesvöllur" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək.
Bakıdakı ilk matçda "köhlən atlar" üç cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










