
Xəbərlər
16.07.2026, 09:45
Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə pilotsuz uçuş aparatı (PUA) ilə endirdiyi zərbələr nəticəsində 5 nəfər yaralanıb.
Bu barədə "İnterfaks" regional əməliyyat qərərgahına istinadən məlumat yayıb.
"Bu gecə Şebekino şəhərində FPV-dronun partlaması zamanı 3 nəfər xəsarət alıb. Onlar Şebekino Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar", - məlumatda qeyd olunub.
Bundan əlavə, avtomobilə PUA ilə endirilən zərbə nəticəsində 2 nəfərin yaralandığı qeyd olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










