Turaztv.az » Xəbərlər » Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir
Xəbərlər

Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

22.07.2026, 13:40 89
Məşhur italiyalı aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq üçün müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın qızı, müğənni Naike Rivelli sosial şəbəkə hesabında paylaşım edib.

O bu addımı özlərini həqiqətən də evdə hiss etmək arzusu ilə izah edib:

“Bizim Rusiya köklərimiz var, biz öz mənşəyimizdən, ailəmizdən və dostlarımızdan imtina edə bilmərik”.

Müğənni həmçinin anası ilə birlikdə Moskvada və ya Sankt-Peterburqda ev almaq niyyətində olduqlarını açıqlayıb.

Oxşar xəbərlər