Masallıda “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Anım gününə həsr olunmuş "Böyük ömrün dastanı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xalq şairi Zəlimxan Yaqubun Ulu Öndərə həsr olunmuş şeirləri əsasında hazırlanmış kompozisiyada Masallı Xalq Teatrının həvəskar aktyorları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri iştirak ediblər.

Yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşlarının, mədəniyyət işçilərinin, media nümayəndələrinin və rayon sakinlərinin iştirak etdiyi tamaşadan əvvəl Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova ümummilli liderin mənalı həyat yolu və siyasi fəaliyyətinin əsas cəhətləri barədə məruzə ilə çıxış edib. O, görkəmli şəxsiyyətin öz xalqının rifahı və dövlətinin parlaq gələcəyi naminə gördüyü işləri diqqətə çatdırıb.

Sonra müəllim və tələbələr ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir kompozisiyaları söyləyib, dahi siyasi liderin həyatından bəhs edən monoloqlar söyləyiblər.

Mərkəzin solistləri, istedadlı sənətçilər Miriş Hüseynov və Şamo İbayev həzin musiqilər ifa ediblər.

Qeyd edək ki, ədəbi-bədii kompozisiyaya rejissor Cəmaləddin Əliyev quruluş verib. Səhnə tərtibatı və musiqilər isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin maddi dəstəyi ilə hazırlanan ədəbi-bədii kompozisiyanı tamaşaçılar maraqla qarşılayıblar.
Masallıda “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
Masallıda “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
Masallıda “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
Masallıda “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
Masallıda “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
Masallıda “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
Masallıda “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
q

Son xəbərlər

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Əhali arasında narahatlıq: Alış-veriş zamanı kartlarımızdan əlavə pul tutulacaq?

Uşaqların beyninə zərər verən qida boyası

Ucalığın mübarəkdir, uca dağ - FOTO

Qarabağ və Şərqi Zəngəzurda su-kanalizasiya xidməti ilə bağlı görülən işlər açıqlanıb

İctimai nəqliyyat ödənişlərində YENİLİK

Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

İspaniya Ebola səbəbindən yoldaşlıq oyununu ləğv etdi

Aslıhan onunla tərəf müqabili oldu - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

SEVİNC YUNUSLU : Mən bağışlaya bilmirəm.. - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930