Gələn həftədən "SMS icazə" ləğv ediləcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dekabrın 22-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 284 yeni yoluxma faktı qeydə alınıb, 4 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 41 nəfər isə vəfat edib. Bu azalma davam edərsə, gələn həftə Azərbaycanda "SMS icazə" sistemi ləğv edilə bilərmi?

Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, son günlər rəqəmlərin azalması ürəkaçandır:

"Belə ki, artıq gündəlik yoluxmaların sayı 4000-dən 2000 minə düşüb. Bu sayın iki dəfə azalması çox yaxşı nəticədir. Artıq azalma davam edərsə, gündəlik yoluxma sayı 3 rəqəmliyə enə bilər. Amma hər hansı yumşalma və "SMS icazə" ilə bağlı konkret fikir söyləmək çətindir, çünki gələn həftə bizdə bayram günləridir. Bayrama yaxın yumşalma etmək düzgün olmazdı. Çünki insanlar bayram günlərində bir-birilərinin evinə qonaq gedir, kütləvi toplaşaraq bayramı qeyd edirlər. Təbii ki, buna yol vermək olmaz".

Deputat qeyd edib ki, yoluxma daha çox insanların kütləvi toplaşdığı yerlərdə olur: "Hər hansı bir şəxsin yoluxması insanları kütləvi şəkildə yoluxdura bilər. Ona görə yanvarın 18-nə kimi tətbiq edilən "SMS icazə" sistemini gözləməliyik. Yanvarın 18-dən sonra bu məsələyə baxıla bilər və vəziyyətə uyğun olaraq, "SMS icazə" sistemi ləğv edilə bilər. Təbii ki, qoyulan qaydalara əməl etmək şərti ilə. Amma böyük şəhər və rayonlarda yumşalmalara getmək hələ tezdir. Yoluxma sayını heç olmasa üç rəqəmliyə endirmək lazımdır".(sonxeber.az)

Son xəbərlər

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930