Xəbərlər
4.06.2026, 01:14
4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi
23 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Bəşirov Nəsir Bəşir oğlu elm və texnologiya sahəsində qazandığı uğurlarla diqqət çəkir.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, Nəsir hələ 6-cı sinifdə informatika fənni üzrə Respublika Fənn Müsabiqəsində bürünc medal qazanaraq uğur yoluna qədəm qoyub. 7-ci sinifdə isə fizika üzrə qızıl medal əldə edib.
8-ci sinifdən etibarən Respublika Fənn Olimpiadalarında iştirak edən Nəsir 4 il ardıcıl olaraq yüksək nəticələr göstərib:
8-ci sinif — gümüş medal
9-cu sinif — qızıl medal
10-cu sinif — gümüş medal
11-ci sinif — qızıl medal
Eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə keçirilən “İddia Cup” proqramlaşdırma müsabiqəsində gümüş medal qazanan Nəsir beynəlxalq arenada da uğurla çıxış edib. O, “Info 1 Cup” beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb, EJOI — Avropa Gənclər
Olimpiadasında isə həvəsləndirici sertifikata layiq görülüb.
Yüksək nailiyyətlərinə görə ali məktəbə müsabiqədənkənar qəbul hüququ qazanan Nəsir təhsilini ADA Universitetinin “Kompüter elmləri” ixtisası üzrə davam etdirməyi planlaşdırır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay