Turaztv.az » Xəbərlər » Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO
Xəbərlər

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

04.06.2026, 00:10 129
3 iyun Bakı...
Səməd Vurğun bağı.


Pis-yaxşı daşıdım qərib könlümü,
Nisgilli illərə sərib könlümü.
Lüt-üryan qalmışdım dərib könlümü,
Vətən sevgisinə bürünüb gəldim.

Orada səma boz gündüzlər acdı,
Ayrılıq içimdə min çiçək açdı.
O yerlər yaşatdı, bu yerim hacdı;
Ayaq gətirmədi, sürünüb gəldim.

Doğma guşələrdir insanın canı,
Gözəli kəndimdir — təndirin yanı.
Öpəcəm dağları, düzü, qayanı;
Yaddaş laylasına, sürtünüb gəldim.

Torpağın qoxusu — ana ətiri...
Hər daşı yazdırır şeiri,sətiri.
Varmadım bu yolu xala-xətiri,
Vicdana söz verib, görünüb gəldim.

Afiqəm, tutmadım ruhun milini,
Əydim həqiqətə seçib lilini.
Bir qələm danışır qəlbin dilini,
İntizar evindən kürünüb gəldim.

Oxşar xəbərlər