
Xəbərlər
29.06.2026, 12:49
QIZBƏS QƏBƏLƏ : UŞAQLAŞIRAM - FOTO
Ömür ötüb, yarı olur,
Hey gənclikdən uzaqlaşır...
Bu qəlbimə kədər dolur,
Ürək sanki uşaqlaşır.
Çox qəribə deyilmidir,
Qocaldıqca, uşaqlaşmaq?
Nədən məni bəs incidir,
Cavanlıqdan uzaqlaşmaq ?
Kövrək olur adam yaman,
Küsür tezcə uşaq kimi.
Köksün altda ürək kaman,
İnildəyir sarı simi.
Baxışlardan itir alov,
Öləziyən ocaq kimi.
Kəlmələri kəsir qırov,
Nəm otaqda bucaq kimi.
Nə hökmdür verir zaman,
Gedir əldən gəncliyimiz ?
Niyə tez qocaldıq...aman ?
Yoxdu daha dincliyimiz.
Fikir - xəyal başdan aşır,
Yorğun düşdüm bu yaşımda.
Uşaqlıq sevdası dolaşır,
Amma hələ də başımda.
Hey gənclikdən uzaqlaşır...
Bu qəlbimə kədər dolur,
Ürək sanki uşaqlaşır.
Çox qəribə deyilmidir,
Qocaldıqca, uşaqlaşmaq?
Nədən məni bəs incidir,
Cavanlıqdan uzaqlaşmaq ?
Kövrək olur adam yaman,
Küsür tezcə uşaq kimi.
Köksün altda ürək kaman,
İnildəyir sarı simi.
Baxışlardan itir alov,
Öləziyən ocaq kimi.
Kəlmələri kəsir qırov,
Nəm otaqda bucaq kimi.
Nə hökmdür verir zaman,
Gedir əldən gəncliyimiz ?
Niyə tez qocaldıq...aman ?
Yoxdu daha dincliyimiz.
Fikir - xəyal başdan aşır,
Yorğun düşdüm bu yaşımda.
Uşaqlıq sevdası dolaşır,
Amma hələ də başımda.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














