Xəbərlər
8.10.2024, 21:02
QIZBƏS QƏBƏLƏ : ZAMAN KÜSDÜRDÜ MƏNİ...-FOTO
Nə vaxtdır əlimə qələm almıram,
Elə bil küsdürüb məni bu zaman.
Daha düşünmürəm, fikrə dalmıram.
Daşlaşıb, duyğusuz olmuşam yaman.
Boğulub, batıram sellər içində,
Tufanlar ötüşür başımın üstdən.
Beləcə itəcəm günün birində,
Çıxıb gedəcəyəm bu dünyadan mən.
Nə dünya qalıbdır, nə də kainat,
Bir kabus dolaşır indii hər yanda.
Gör necə mənasız, kor oldu həyat,
İblis qanad çalır sanki cahanda.
Səni qarğıyımmı ey insan oğlu ?
Nədir başımıza açdığın oyun?
Bu dünya müqəddəs, bu dünya ulu,
Qoyun bu dünyanı, siz rahat qoyun !
Elə bil küsdürüb məni bu zaman.
Daha düşünmürəm, fikrə dalmıram.
Daşlaşıb, duyğusuz olmuşam yaman.
Boğulub, batıram sellər içində,
Tufanlar ötüşür başımın üstdən.
Beləcə itəcəm günün birində,
Çıxıb gedəcəyəm bu dünyadan mən.
Nə dünya qalıbdır, nə də kainat,
Bir kabus dolaşır indii hər yanda.
Gör necə mənasız, kor oldu həyat,
İblis qanad çalır sanki cahanda.
Səni qarğıyımmı ey insan oğlu ?
Nədir başımıza açdığın oyun?
Bu dünya müqəddəs, bu dünya ulu,
Qoyun bu dünyanı, siz rahat qoyun !
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













