Turaztv.az » Xəbərlər » QIZBƏS QƏBƏLƏ: İKİ SƏNƏTKAR. ( Mirələm Mirələmov gitaranın müşayiətilə oxuduğu zaman)
Xəbərlər

QIZBƏS QƏBƏLƏ: İKİ SƏNƏTKAR. ( Mirələm Mirələmov gitaranın müşayiətilə oxuduğu zaman)

25.03.2023, 23:35 513
QIZBƏS QƏBƏLƏ: İKİ  SƏNƏTKAR. ( Mirələm Mirələmov gitaranın müşayiətilə oxuduğu zaman)
İKİ SƏNƏTKAR.

( Mirələm Mirələmov gitaranın müşayiətilə oxuduğu zaman)

Mirələm oxuyur, çalır gitara,
Allah, xəyalları uçurur hara ?
Mən heyran olmuşam sənətkarlara,
Musiqi ilahi, muğam İlahi,
Oxuyan da dahi, çalan da dahi.

Biri gitaranı sanki dindirir,
Biri ruh oynadır, ruh sevindirir,
Səni çilik - çilik çilikləndirir,
Musiqi ilahi, muğam ilahi,
Oxuyan da dahi, çalan da dahi.

Nə ecaz, nə qüdrət var ki, bu səsdə,
Bu necə ifadır, bu necə bəstə?
Öldürüb, dirildir o hər nəfəsdə
Musiqi ilahi, muğam ilahi,
Oxuyan da dahi, çalan da dahi.

Nə deyim, söyləyim sənətkarlara ?
Məni məndən alıb, apardı hara ?
Bir nalə hopubdu muğamatlara.
Musiqi ilahi, muğam ilahi,
Oxuyan da dahi, çalan da dahi.

QIZBƏS QƏBƏLƏ: İKİ  SƏNƏTKAR. ( Mirələm Mirələmov gitaranın müşayiətilə oxuduğu zaman)

Oxşar xəbərlər