QIZBƏS QƏBƏLƏ: XOCALI GENOSİDİ - FOTO
XOCALI GENOSİDİ

Şəkillərə baxdıqca,
Yanır bağrımın başı..
Varaqlara tökülür,
İxtiyarsız göz yaşı...

Otuz ildir ki, xalqım,
Bu dərdə yas saxlayır.
Xocalı vəhşətinə,
Ağı deyib, ağlayır...

Xocalıya o gecə,
Kimsə kömək olmadı...
Göyə - ərşə dayandı,
İnsanların fəryadı...

Qoca, uşaq qaçırdı,
Ayaqyalın, başaçıq.
Qaldı neçə insanın,
Ömrü o gün yarımçıq...

Şaxta, çovğun, qar, külək,
İşləyirdi iliyə,
Vəhşi düşmən baxmırdı,
Nə ölüyə, diriyə...

Dönmüşdü qan gölünə,
Xocalının çölləri,
Donmuşdu adamların,
Ayaqları, əlləri...

Süngüdən keçirirdi,
Düşmən yaralıları.
Bax o gecə qocaldı,
Xocalı uşaqları...

Al qana boyanmışdı,
Qarlı düzlər, meşələr.
İnsan cəhədlərindən,
Açılmışdı lalələr..

Acizəm, təsvir edim,
O gecəni mən necə ?!
Sanki qəh - qəh çəkirdi ,
İblis özü o gecə...

Allahım, bu zülmü sən,
Qoyma nə olar yerdə.
Daş da davam eyləməz,
Vallah bu zülmə, dərdə...

Ancaq kar olub dünya,
Eşitməyir bu ahı.
Neçə ildir ümidlə,
Açır bu xalq, sabahı...

Nə qədər qalacaqdır,
İnsanlar axı yasda ?
Xocalı bənzəmirmi,
Xatına, Holokosta ?!

Nə zaman veriləcək,
Bu müsibətə qiymət,
Dünya ! Tələb edirəm
Xocalıya Ədalət !!!,

QIZBƏS QƏBƏLƏ: XOCALI GENOSİDİ - FOTO
QIZBƏS QƏBƏLƏ: XOCALI GENOSİDİ - FOTO

Son xəbərlər

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930