Xəbərlər
16.11.2025, 00:01
Arzu Yaqub qızı : Başını dik tut anam - FOTO
Əslən Qəbələdən olan 44 günlük Vətən müharibəsi şəhidimiz Məhəmməd Qarayevə və bütün şəhidlərimizə həsr olunur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin
Allah bütün şəhidlərimizə rəhmət eləsin
Gözü kədər içində,
Baxışı solğun ana.
Çəkdiyi ağrılardan,
Ürəyi yorğun ana.
Yol uzun, gedir hara,
Közlənib ürək yaran.
Şəhidlər ölmür axı,
Şəhadətə ucalan.
Bir an da yenilmədi,
Getdi daim irəli.
Düşmənə qan udduran,
Azərbaycan əsgəri.
Torpaq sevdalı balan,
Gülümsəyir şəkildən.
Gündüz, gecə bilmədən,
Onu düşünürsən sən.
Kəlbəcər dağlarını,
Qorxutmadı ölüm,qan.
Torpaq üçün neçə ər,
Oğul keçdi canından.
Vətənin bayrağına
Bürünüb gələn oğul.
Düşmənlərin bağrına
Od qoyan, dələn oğul.
Torpağın qoruyanlar,
Ölümsüzdür hər zaman.
Gözünün yaşını sil,
Başını dik tut anam.
Şəhid adı müqəddəs,
Şəhidlər unudulmaz.
Heç bir ata, ananın
Bir də gözləri dolmaz.
Ruhu şad olan şəhid,
Cənnətdən baxır anam.
Deyir : Vətən sağ olsun,
Sözlərini yazıram.
Bax Zəfər bayrağını,
Ucaltdı ana Vətən.
Ölməz qəhrəmanımız
Bizim qəlbimizdəsən,
Bizim qəlbimizdəsən...
Baxışı solğun ana.
Çəkdiyi ağrılardan,
Ürəyi yorğun ana.
Yol uzun, gedir hara,
Közlənib ürək yaran.
Şəhidlər ölmür axı,
Şəhadətə ucalan.
Bir an da yenilmədi,
Getdi daim irəli.
Düşmənə qan udduran,
Azərbaycan əsgəri.
Torpaq sevdalı balan,
Gülümsəyir şəkildən.
Gündüz, gecə bilmədən,
Onu düşünürsən sən.
Kəlbəcər dağlarını,
Qorxutmadı ölüm,qan.
Torpaq üçün neçə ər,
Oğul keçdi canından.
Vətənin bayrağına
Bürünüb gələn oğul.
Düşmənlərin bağrına
Od qoyan, dələn oğul.
Torpağın qoruyanlar,
Ölümsüzdür hər zaman.
Gözünün yaşını sil,
Başını dik tut anam.
Şəhid adı müqəddəs,
Şəhidlər unudulmaz.
Heç bir ata, ananın
Bir də gözləri dolmaz.
Ruhu şad olan şəhid,
Cənnətdən baxır anam.
Deyir : Vətən sağ olsun,
Sözlərini yazıram.
Bax Zəfər bayrağını,
Ucaltdı ana Vətən.
Ölməz qəhrəmanımız
Bizim qəlbimizdəsən,
Bizim qəlbimizdəsən...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







