Cənnət mələyi
Vətən müharibəsi şəhidimiz Şahmuraz Hümbətzadəyə və bütün şəhidlərimizə həsr olunur.

Bir tarix var unudulmaz,
İgidlərin haqq səsidir.
44 günlük müharibə,
Zəfərin təntənəsidir.

Oddan - alovdan keçdilər,
Oda döndü Vətən oğlu.
Vətəndə Vətən oldular,
Yolları rəşadət yolu.

Daşlı - kəsəkli yollarda
Amalına sirdaş oldu.
Dəmir yumruqla birləşdi,
Elə vurğun, yurddaş oldu.

Bir oğul getdi döyüşə,
Sipər oldu ana yurda.
Ananın gözləri doldu,
Elim, obam qalıb darda.

Anam, Vətən and yerimiz,
Qurban olum torpağıma.
Şəhid olsa Şahmurazın,
Bürüsünlər bayrağıma.

Haqqın yoludur yolumuz,
Sındırmaz bizi ölüm, qan.
Təki el- obam yaşasın,
Zəfər çalsın Azərbaycan.

Suqovuşan, Ağdərədə,
Neçə- neçə yurd - yuvada.
Düşmənləri diz çökdürən
Güllələr uçdu havada.

Ağdərədə döyüşlərdə,
Oğullar keçdi canından.
Şahmuraz tək oğulları
Unutmarıq biz heç zaman.

Ananın da gözü yaşlı,
Elə düşünür balasın..
Təsəllilər də ağladır,
Nə sağaldar qəlb yarasın.

Cənnət mələyidir oğlun,
Şəhidlər ölməz ki anam.
Onlar başımızın tacı,
Anaların anasısan.


Son xəbərlər

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930