Arzu Yaqub qızı : Məkanı cənnət  balamız - FOTO
MƏKANI CƏNNƏT BALAMIZ

Bir ana nələr düşünür,
İllərdir ümidli hələ.
Nakam qalıb arzuları,
Əllərin açıb göylərə.

Bir bacı büküb boynunu,
Erkən açan bənövşətək.
Hardasan dirəyim qardaş,
Bizi ayrı saldı fələk.

Son dəfə görmədim səni,
Şəhid olan balam mənim .
Qara düşüb üşüdünmü,
Ürəyimdə yaram mənim.

Hansı balasın düşünsün,
Bilinməz heç yara yeri.
Amansız savaşlar oldu,
Ömrümüzün qara yeri.

Nələr çəkdi ana yurdum,
İllər boyu qan ağladı.
Savaşların acısından,
Yaralı qəlb, can ağladı.

Hədsiz arzu, məhəbbətli
Böyüyünə ,Vətəninə.
Ağdamı da yağı basmış,
Anam borcum var Vətənə.

Torpağı dara düşəndə,
Yusif sarıldı silaha.
Yurd- yuva bizi çağırır,
Dayana bilmərəm daha.

Əzdi yağının başını,
Keçdi alovlardan, qandan.
Bu həyatda ən müqəddəs
Vətənimdir, bir də anam.

Gözünün yaşın sil bacı,
Muğayat ol anamdan sən.
Yurdumuz, torpaq çağırır,
Anam döyüşə gedirəm.

Keçdi döyüş yollarından
Kəlbəcərdə döyüş ağır.
Yollarına, dağlarına
Güllə qarışıq qar yağır.

Bu dağlarda bir təlaş var,
Susmur silahların səsi.
İtkin düşən şəhidimin
Bəlkə də ilk, son nəfəsi.

Bir kasıb ev, isti nəfəs,
Bir də ümidsiz ürəklər.
Bir bacı, ana qüssədə,
Dağlarda əsir küləklər.

Aybəniz ana saçını
Dağların qarından alıb.
Sevincin ürəyi sınıq,
Ömrü zülmətlərdə qalıb.

Bir şəhid harayı gəzən,
Dağların qarı əriməz.
Ana, bala gözü yaşlı,
Yusif deyər, heç kiriməz.

Səndən bir xəbər almadım,
Ürəyimdə min fikir var.
Bacın da çarəsiz qalıb,
Gözləri yollarda qalar.

Bu torpağın oğulları,
Ölümə oxudu meydan.
Çəkdiyi müsibətlərdən
Sarsılmadı Azərbaycan.

Bax 30 illik həsrətdən
Alındı zəfər qalamız.
Sinəsində zəfər gülü
Məkanı cənnət balamız.

Arzu Yaqub qızı : Məkanı cənnət  balamız - FOTO
Arzu Yaqub qızı : Məkanı cənnət  balamız - FOTO
Arzu Yaqub qızı : Məkanı cənnət  balamız - FOTO

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930