Arzu Yaqub qızı : Bir anadan soruşun - FOTOLAR
Qarabağ müharibəsi şəhidimiz Qədirov Qulam və bütün şəhidlərimizə həsr olunur.
Məkanları cənnət olsun.Allah doğmalarına səbr versin.

Bir anadan soruşun

Bir anadan siz soruşun dərdini,
Oğlu üçün can qoyan bir anadan.
İllərini , aylarını ağladıb,
Gözlərində dərd doyan bir anadan.

Nə ağırmış dərdi- səri dünyanın,
Kaş ki olmayaydı nə ölüm , nə qan.
Övlad acısını çəkmək çox ağır,
İllərin ağrısın çox çəkdin anam.

Sənin oğulların keçdi nələrdən,
Döyüş meydanında alova döndü.
Bir oğlun qayıtdı haqq savaşından,
Bir oğlunun ömür çırağı söndü.

I Qarabağ müharibəsi,
Xalqın oğulları keçdi canından.
Bu torpaq uğrunda ölən Vətəndir,
Sarıldı silaha Qədirov Qulam.

Rizvan qardaşından ayrılmadı heç,
Qanlı savaşlardan keçdilər onlar.
Azğın yağılara qan udduraraq,
Düşməni əzdilər, biçdilər onlar.

Sarıldı silaha oğullar , ərlər
Ağdərə, Laçındı savaş meydanı.
Neçə pusqulara sinə gərdilər,
Torpaqdan pay olmaz, qoy bilsin hamı.

Döyüş yoldaşları şəhid olduqca,
Onları bağrına basdı o qollar.
Pusqular artdıqca döyüş qızışdı,
Kəlbəcər yolunda qanlı izlər var.

Yurdun hər qarışı bizimdir deyib
Qoy Vətən yaşasın dedi qəhrəman,
Öz yoldaşlarıyla çiyin- çiyinə
Son anına qədər döyüşdü Qulam.

Bir şəhid, yaralı yoldaş görəndə,
Hər an parçalandı bu iki qardaş.
Şəhidlər ölməzdir, yenə ananın,
Bir an qurumayır gözlərində yaş.

Qoy bir də analar heç ağlamasın,
Qaldı yaddaşlarda Qədirov Qulam.
Bəlkə bir təsəlli oldu anaya,
Bir oğul qayıtdı savaş yolundan.

30 il bir həsrət gəzdirdi Vətən,
Yurd- yuva həsrəti heç unudulmaz.
30 il ötsə də düşmən bilmədi,
Qisas qiyamətə qalmadı, qalmaz.

Şəhid qardaşların, şəhid Qulamın,
Hər an ürəklərdə adları yaşar.
Ana gözlərinin yaşını sil sən,
Şəhid oğulların xatirəsi var.

Bir qardaşım qazi, biri şəhiddir.
Ana əllərindən öpür gözlərim.
İgid oğulların anası anam,
Qarşında baş əyir şeirim, sözlərim.

Arzu Yaqub qızı : Bir anadan soruşun - FOTOLAR
Arzu Yaqub qızı : Bir anadan soruşun - FOTOLAR
Arzu Yaqub qızı : Bir anadan soruşun - FOTOLAR
Arzu Yaqub qızı : Bir anadan soruşun - FOTOLAR
Arzu Yaqub qızı : Bir anadan soruşun - FOTOLAR
Arzu Yaqub qızı : Bir anadan soruşun - FOTOLAR

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930