
Xəbərlər
10.11.2024, 00:08
Arzu Yaqub qızı : Bayrağım, şəhidim, qazim - FOTO
Bayrağımdır dalğalanır vüqarla,
Bu gün şaddır Vətənimin torpağı.
Nə gözəl büsatın varmış el-obam,
Çal- çağır bürüyüb bax Qarabağı.
Başımız üstündə üçrəngli bayraq,
Neçə şəhidlərin andı- inamı.
Qazi qardaşımdır üzdə təbəssüm,
Unudub ağrısın , dərin yaranı.
Nə qədər acılar çəkdi bu xalqım,
Şəhidlər torpaqçün keçdi canından.
Atasının şəklin gəzdirən uşaq,
Əlində bayrağı keçir yanımdan.
Üçrəngli bayrağı basıb bağrına,
Şəhid ata şəklin gəzdirir hər an.
Xəfif meh titrədir gur saçlarını,
Bəlkə atasıdır onu oxşayan.
Döyüş meydanında bayraq qaldırıb
Sinəsin atəşə verən oğullar.
Bu haqq ödənilməz, şəhidlik ölməz,
Hər an qəlbimizdə yaşayacaqlar.
Bir yumruqla birgə birləşdi xalqım,
Onu qorxutmadı nə ölüm, nə qan.
Hər an dalğalansın üçrəngli bayraq,
Yaşa doğma Vətən, can Azərbaycan!
Bu gün şaddır Vətənimin torpağı.
Nə gözəl büsatın varmış el-obam,
Çal- çağır bürüyüb bax Qarabağı.
Başımız üstündə üçrəngli bayraq,
Neçə şəhidlərin andı- inamı.
Qazi qardaşımdır üzdə təbəssüm,
Unudub ağrısın , dərin yaranı.
Nə qədər acılar çəkdi bu xalqım,
Şəhidlər torpaqçün keçdi canından.
Atasının şəklin gəzdirən uşaq,
Əlində bayrağı keçir yanımdan.
Üçrəngli bayrağı basıb bağrına,
Şəhid ata şəklin gəzdirir hər an.
Xəfif meh titrədir gur saçlarını,
Bəlkə atasıdır onu oxşayan.
Döyüş meydanında bayraq qaldırıb
Sinəsin atəşə verən oğullar.
Bu haqq ödənilməz, şəhidlik ölməz,
Hər an qəlbimizdə yaşayacaqlar.
Bir yumruqla birgə birləşdi xalqım,
Onu qorxutmadı nə ölüm, nə qan.
Hər an dalğalansın üçrəngli bayraq,
Yaşa doğma Vətən, can Azərbaycan!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















