Arzu Yaqub qızı : İgidlik yolu - FOTO
Uşaqlıqdan valideynlərini itirib, valideyn nəvazişi görməyən, özündən sonra nişanəsi qalmayan ,Ağdam , Laçın , Kəlbəcərdə döyüşlərdə yoldaşları ilə çiyin- çiyinə rəşadət göstərən,Kəlbəcərin Yanşaq kəndində çoxsaylı güllə yaraları nəticəsində həlak olub şəhidlik zirvəsinə ucalan, I Qarabağ Müharibəsi şəhidimiz Məmmədov Adil Xanlar oğluna həsr olunur. Məkanın cənnət olsun şəhidimiz...
İgidlik yolu

Bu yoldan oğullar keçdi,
Adı igidlik yoludur.
Vətənə, torpağa, xalqa,
Elə məhəbbət yoludur.

İşıq saçdı Vətən sevgin,
Bəlkə qəmgin taleyinə.
Saçını oxşadı elin,
Ata- ana oldu sənə.

Yağılar qənim kəsildi,
Ana yurdun torpağına.
I haqq savaşında
Sən sarıldın silahına.

Laçından, Ağdamdan keçib,
Əzdin yağının başını.
Qanlı - qadalı döyüşdə
İtirdin çox yoldaşını.

5- ci Bərdə taboru...
Çox cəsurlar keçdi candan.
Onlar bir tarix yazdılar,
Bu tarixdə sən də varsan.

Ölümlərdən döndün Adil,
Sınmadı əzmin , iradən.
Həmişə getdin irəli,
Həmlələrə dözdü sinən.

Kəlbəcərdə çətin yollar,
Qızışdı qanlı döyüşlər.
Şəhidim sənin ömründə
Bir də açılmadı səhər.

Neçə- neçə oğullar tək,
Torpaq üçün keçdin candan.
30 illik həsrətinə
Zəfər yazdı Azərbaycan

Yenə o dağda, dərədə,
Açacaq güllər, çiçəklər.
Cənnət qoxulu şəhidim,
Səni unutmaz ürəklər.

Gör nə qədər doğman vardır,
Oğul dedi sənə torpaq.
Ölümə yenilməz şəhid
Vətən sevdan yaşayacaq,
Torpaq eşqin yaşayacaq!

Arzu Yaqub qızı : İgidlik yolu - FOTO

Son xəbərlər

Serialda sevgili olmuşdular - 4 illik eşq bitdi

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Yeraltı”da yeni aktrisa

Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var

Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

Bu ərazilərdə işıq olmayacaq

Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var

Dünya çempionatı: Argentina millisi əzmkar qələbə ilə finala yüksəlib

Alzheymer xəstəliyinə bunlar səbəb olur

Tərəf müqabili oldular

MƏN BORÇALI TÜRKÜYƏM

Sevinc YUNUSLU : Sən mənim görüşümə beləcə gəl, ləngimə - FOTO

İllər ondan nəsə aparmır.... - “Odisseya”nın “Kraliça”sı

Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb

NİCAT NOVRUZOĞLU : Bağrımın başında nişan üzüyü - FOTO

Hikmət Məlikzadə : Allah verirsə, nemətdir, vermirsə, hikmətdir” - FOTO

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərlə bağlı yenilik

Amerika 7 İran hərbçisini öldürdü

"Yeraltı”nda yeni aktrisa - FOTO

Yazıcıoğlu və Baysel tərəf müqabili oldu

"Kuruluş Orhan"ın aktyoru yeni serialda - FOTO

Dünyanın ən varlı adamı Le Penə dəstək oldu

Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031