
Xəbərlər
16.06.2020, 01:10
Bakıda yaşayış binasında yanğın olub
Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 kvm olan mənzilin eyvanına yığılan tikinti materialları 3 kvm sahədə yanıb.
Bu barədə "Turaztv.az"- a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğın zamanı tüstülənmiş mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













