
Xəbərlər
29.08.2019, 11:04
Bakıda yaşayış binasında YANĞIN

Bakıda 3 mərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Anews.az-a verilən məlumata görə, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 22 m² olan 2 otaqlı mənzilin 1 otağının tavanı və ev əşyaları 16 m² sahədə yanıb, yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











