
Xəbərlər
23.07.2019, 13:40
Bakıda kafedə yanğın

Bakı şəhərinin Xətai rayonunda kafedə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən, ümumi sahəsi 400 m² olan kafenin yanar konstruksiyaları 20 m² sahədə, bitişik, ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan əşyalar yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










