
Xəbərlər
10.07.2019, 23:44
Ağcabədidə 3 otaqlı ev yanıb

Ağcabədidə yanğın olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Poladlı kəndində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









