Turaztv.az » Xəbərlər » 3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi
Xəbərlər

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

20.07.2026, 19:04 72
Zərdab rayonunda faciəvi hadisə baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 3 yaşlı Əsma Kərimli atasının idarə etdiyi otbağlayan texnikanın altında qalaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə şəraiti və ölümün səbəbi aparılan araşdırmalardan sonra müəyyənləşdiriləcək.

Oxşar xəbərlər