Bu gün onun - professor Tamella xanımın 75 yaşı tamam olur. Düz 75 il... Bu illərin böyük hissəsi elmə, təhsilə, sözə, kitaba və insan yetişdirməyə həsr olunub. Bu mənalı ömür yoluna nəzər saldıqca insanın qəlbini sonsuz hörmət və minnətdarlıq hissi bürüyür.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Tamella xanım təhsilini elmi fəaliyyətlə davam etdirdi. 1992-ci ildə "Azərbaycan–Amerika ədəbi əlaqələri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini aldı. Lakin onun elmi fəaliyyəti bununla bitmədi. Elmə və təhsilə olan sevgisi onu sərhədlərdən kənara apardı.
1998-ci ildə qardaş Türkiyənin Eskişəhər Osmanqazi Universitetindən aldığı dəvəti böyük məsuliyyət və sevgi ilə qəbul etdi. Sonralar Muş Alparslan Universitetində fəaliyyətini davam etdirərək tarix yazdı. Burada ilk dəfə Jurnalistika fakültəsini yaratdı, onun ilk dekanı oldu. Eyni zamanda Türk dili və ədəbiyyatı kafedrasına rəhbərlik etdi. Bu, sadəcə bir vəzifə deyil, gələcək nəsillər üçün qoyulan möhkəm təməl idi.
Tamella xanımın ən böyük sərvəti isə yalnız elmi nailiyyətləri deyil. O, tələbələrinin yaddaşında qayğıkeş müəllim, həmkarlarının qəlbində etibarlı dost, yaxınlarının həyatında isə sonsuz mərhəmət və sevgi mənbəyidir.

O, gözəl anadır. İki oğul övladını yüksək təhsilli, vətənə və ailəyə bağlı insanlar kimi böyüdüb. Dörd nəvəsi üçün isə həm müdrik nənə, həm də həyat məktəbidir. Vəfalı həyat yoldaşı olaraq Əli bəyə duyduğu sevgi və ehtiramı hər zaman qürurla dilə gətirir. Qaynanası, qohumları, dostları haqqında yazdığı səmimi fikirlər onun insanlara necə böyük dəyər verdiyini göstərir.
Tamella xanım duyğusal ürəyə sahib insandır. O, sevdiyi insanları tərifləməkdən, onların uğurlarına sevinməkdən, dostlarının, tələbələrinin, həmkarlarının xoş günlərini paylaşmaqdan heç vaxt yorulmur. Onun qələmi sevginin, dostluğun, vəfanın və insanlığın səsini yazır.
Bu gün isə növbə bizdədir...
Əziz Tamella xanım!
Sizin ömrünüz minlərlə tələbənin taleyinə işıq salan bir mayak, yüzlərlə insanın həyatına toxunan bir xeyirxahlıq nümunəsidir. Siz harada yaşamısınızsa, harada çalışmısınızsa, orada Azərbaycanı ləyaqətlə təmsil etmisiniz. Doğma Vətəninizi sevə-sevə vəsf etdiyiniz kimi, uzun illər çalışdığınız Muş şəhərinin, oradakı həmkarlarınızın və tələbələrinizin də sevgisini qazanmağı bacarmısınız.
Qoy Tanrı Sizə sağlam, uzun, bərəkətli ömür nəsib etsin. Həmişə ailənizin, övladlarınızın, nəvələrinizin, dostlarınızın sevgisi ilə əhatə olunasınız. Elminiz, müdrikliyiniz, insanlığınız və səmimiyyətiniz bundan sonra da neçə-neçə nəslə örnək olsun.
75 yaşınız mübarək olsun, dəyərli professor Tamella xanım Əliyeva!
Sizə olan hörmət və sevgimiz illər keçdikcə daha da artsın. Çünki bəzi insanlar ömürlərini sadəcə yaşamırlar – onlar ömürləri ilə tarix yazırlar.
Təbrik edirəm, can sağlığı arzulayıram. Mən sizi çox sevirəm.

Dərin hörmət və məhəbbətlə,
Şəmsiyyə Kərimova.
Əməkdar jurnalist

Son xəbərlər

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930