Xəbərlər
27.07.2025, 01:20
MÜZƏFFƏR MƏZAHİM : DAYAQ İDİ ELİMDAR - FOTOLAR
DAYAQ İDİ ELİMDAR
Mövludun mübarək, şəhidim.
Aprel şəhidi Elmdar Səfərova
Aprel şəhidi Elmdar Səfərova
Qanlı aprel gecəsi sipər oldu yuruna,
Şərəf-şöhrət gətirdi şanlı Milli orduma,
Çaqqal bata bilərmi Azərbaycan qurduna,
Vətənin keşiyində sayıq idi Elimdar,
Hər gün, hər an, hər saat oyaq idi Elimdar,
Vətən eşqi vermişdi “Get irəli!” əmrini,
Çünki qurban demişdi yurda cavan ömrünü,
Düşmənin göz dikdiyi yerdə qazdı qəbrini,
Hər təltifə, hər ada layiq idi Elimdar,
Hər gün, hər an, hər saat oyaq idi Elimdar.
Vətən dardadır deyə üzü gülmürdü bir an,
Qisas üçün ürəyi çırpınırdı hər zaman,
İlk fürsətdə vermədi xain düşmənə aman,
O günü gözləyirdi, ayıq idi Elimdar,
Hər gün, hər an, hər saat oyaq idi Elimdar.
Sığallayıb basmışdı bağrına bu torpağı,
Yandırırdı içini yurd dərdi, Vətən dağı...
Bilirdi ki, hücuma qəfil keçəcək yağı,
Daim əli tətikdə, duyuq idi Elimdar,
Hər gün, hər an, hər saat oyaq idi Elimdar.
İgidliyi, mərdliyi nəsldən-soydan aldı,
Yaxşı əməllərilə el gözündə ucaldı,
Zirvələrə aparan onu tutduğu yoldur,
Elinə-obasına dayaq idi Elimdar,

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay