Xəbərlər
4.04.2023, 21:36
Dörd gün ərzində doğan Ümid Günəşi...
Aprelin 4-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Televiziyasının media tərəfdaşlığı, "Böyük Qayıdış" Gənclər Təşkilatının və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş "Ümid Günəşi" ədəbi-bədii gecəsi keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri olmaqla iki minə yaxın şəxs iştirak edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ədəbi-bədii gecədə çıxış edən Aprel döyüşləri şəhidi, "Murov qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alıyevanın sözlərinə görə, Azərbaycan Ordusunun başlatdığı dörd günlük yol 44 günlük Vətən müharibəsinə qədər uzandı və Şuşada Böyük Zəfərlə bitdi. Aprel döyüşləri qəhrəmanlarının açdığı cığır ilə irəliləyən oğullarımız onların missiyasını uğurla tamamlayaraq Şanlı Qələbə qazandılar. Aprel döyüşləri şəhidləri ilə çiyin-çiyinə döyüşən hərbi qulluqçular, vaxtilə onlarla posta çıxan əsgərlər öz silahdaşlarının qisasını Vətən müharibəsində aldılar. Ərazi bütövlüyümüzü bərpa edərək şəhid ailələrinin yaralarına məlhəm oldular. Odur ki, əminliklə deyə bilərik ki, Zəfərin təməli Aprel döyüşləridir.
"Ənənəvi olaraq keçirdiyimiz belə tədbirləri gənclər təşkilatları ilə birgə təşkil edirik. Məqsədimiz yetişməkdə olan nəslin qəhrəmanları tanımaları, onların şərəfli həyat yolunu özlərinə nümunə götürmələridir. Aparılan təbliğat-təşviqat tədbirlərinin, dövlət gənclər siyasətinin bariz nümunəsidir ki, Azərbaycan gəncliyi 120 günə yaxındır Laçın-Xankəndi yolunda əsl iradə nümayiş etdirərək faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı haqlı etirazlarını bildirir. Heç təsadüfi deyil ki, onlar iradəni, əzmi şəhidlərimizdən, qazilərimizdən alıblar. Əminəm ki, gələn nəsillər bundan sonra da şəhidlərimizin izləri ilə gedəcək və Vətənə, millətə layiqli bir vətəndaş kimi yetişəcəklər", - deyə S.Alıyeva fikirlərinə yekun vurub.
İki övladını Vətənə fəda etmiş Ziba Əsgərova övladları ilə bağlı xatirələrini bölüşüb: "Övladlarımın hər ikisinin hərbçi olması həm onların, həm də mənim arzum idi. Çünki xalqımızın başına gətirilən faciələr, Xocalı hadisələri mənə o qədər pis təsir etmişdi ki, olanların qisasının alınmasını istəyirdim. Aprel döyüşləri başlayanda övladlarım - Nurlan Əsgərli və İntiqam Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi xidmət edirdilər. Hər ikisi Aprel döyüşlərində iştirak etdilər. Nurlan Aprel döyüşlərində şəhid oldu. Son nəfəsini qardaşının qollarında verən Nurlan gülümsəyərək "qardaş, kaş Şuşaya bayrağımız sancılandan sonra şəhid olaydım" deyib. O gündən İntiqam özünə qisas andı içmişdi. Ali Baş Komandanın əmrini gözləyirdi ki, həm Nurlanın, həm digər şəhid dostlarının, həm də amansızlıqla qətlə yetirilən qadınların, uşaqların, qocaların qisasını alsın. Vətən müharibəsi başlayanda sadəcə məndən halalıq istədi. Deyirdi ki, kənarda dünyamı dəyişsəm, rahat olmaram, şəhid olsam ruhum nigaran qalmaz. Hər zaman deyirdi ki, bizə nəsə olsa, dövlət əmanətlərimizə sahib çıxacaq. Müharibə vaxtı əlaqə saxlayanda belə Ordumuz haqqında o qədər ürəkdolusu danışırdı ki, qalib gələcəyimizə inanırdım. Ona nə qədər desələr ki, çox irəli getmə, qardaşın da şəhiddir, ailən daha bir itkininin yükünü çəkə bilməz, heç kimə qulaq asmayıb. İntiqam noyabrın 9-da Şuşada şəhid oldu. O, həm Nurlanın qisasını aldı, həm də onun arzusunu yerinə yetirərək Şuşanı azad edənlər arasında oldu. İntiqamın şəhadətindən beş ay sonra oğlu dünyaya gəldi. Elə öz adını övladına verdik. O zaman gördüm ki, həqiqətən də İntiqam düz deyir, dövlətimiz, qədirbilən insanlar bizi yalnız qoymadılar. Hər iki övladım mənim üçün nağıl qəhrəmanıdır. Nurlanla da, İntiqamla da fəxr edirəm. Allah dövlətimizi, Ali Baş Komandan, Prezident İlham Əliyevi, ordumuzu qorusun. Şəhid anası olaraq ən böyük arzum budur ki, bayrağımız daim zirvələrdə dalğalansın".
Çıxışında qəhrəmanlığın irsən ötürülən məfhum olduğunu deyən "Böyük Qayıdış" Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyyət Mehdiyev tarix boyu Azərbaycan oğullarının doğma-yurd yuvalarını yadelli işğalçılardan qoruduğunu, torpağın bir qarışını belə düşmənə güzəştə getməyərək canlarını fəda etdiklərini diqqətə çatdırıb: "Biz Azərbaycan gəncliyi 1988-1994-cü illərdə o çətin şəraitdə döyüşmüş Fred Asif, Şirin Mirzəyev, Allahverdi Bağırov, Əliyar Əliyev, Əlif Hacıyev kimi minlərlə qəhrəmanların övladları və davamçılarıyıq. 1994-cü il atəşkəsindən sonra dəfələrlə düşmənin təxribatlarına şahid olduq. Düşmənin təxribatları 2016-cı il aprelin 1-də pik həddə çatdı. Ermənilərin iriçaplı silahlar və ağır artilleriya ilə yaşayış məntəqələrini atəşə tutması nəticəsində dinc sakinlər arasında yaralanan və şəhid olanlar oldu. Ali Baş Komandanın əmri ilə sürətli əks-hücum əməliyyatı həyata keçirdik. Nəticədə Füzuli, Cəbrayıl və Ağdərə rayonları istiqamətində işğalda olan 2 min hektar torpaq azad edildi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarəti altına keçdi. İstər Lələtəpə yüksəkliyinin azad edilməsi, istərsə də Goranboy, Tərtər, Ağdərə istiqamətində Talış yüksəkliklərinin azad olunması Böyük Zəfərin başlanğıcı oldu. Aprel döyüşləri nəticəsində Ermənistan ordusunun, komandanlığının və siyasi rəhbərliyinin iradəsini qırdıq. Dörd gün ərzində tam müharibə şəraitində öz gücümüzü sınadıq, müxtəlif illərdə yığdığımız təcrübələri tətbiq etdik. 2016-cı ilin Aprel döyüşlərindən sonra şahidi olduq ki, Ermənistan ordusunda yüksək rütbəli zabitlər, generallar ordudan qovuldular, siyasi hakimiyyətdə dəyişikliklər oldu. Bizə bu Qələbəni bəxş edən, ardımca deməyi bacaran Raquf Orucov, Murad Mirzəyev, Polad Həşimov, Şükür Həmidov kimi qəhrəman komandirlərimiz, bizimlə çiyin-çiyinə döyüşən Pəncəli Teymurov, Ravil Novruzov, Elimdar Səfərov, Elvin Namazov, Elnur İsgəndərov kimi onlarla silahdaşlarımız olub. Heç şübhəsiz ki, Aprel döyüşlərinin də qəhrəmanı Azərbaycan əsgəri idi. Onlar Qarabağın üzünü görməsələr də, bütün mənəviyyatları ilə həmin torpaqlara bağlı idilər. Bizim Orxan, Nurlan, Müşfiq kimi 18-19 yaşında tarix yazan yüzlərlə qəhrəmanımız var. Dördgünlük döyüşlərdə qazanılan qələbəni 44 günlük Vətən müharibəsinin bələdçisi adlandıra bilərik. Aprel döyüşlərində dünya, xalq-ordu-iqtidar birliyinə, cəbhəyə yollanmaq üçün ayaqlanan minlərlə gəncin qorxmazlığına, heç zaman işğalla barışmayacağımıza şahid oldu. Həm Aprel, həm Tovuz döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi böyük qəhrəmanlıq nümunələri göstərdi. 44 gün ərzində Azərbaycan Ordusunun misilsiz şücaət, əzm göstərərək əldə etdiyi möhtəşəm Zəfər isə Ermənistan ordusunun onurğa sütununu sındırdı. Azərbaycan döyüş meydanında əldə etdiyi uğura siyasi qələbə də əlavə etdi. Belə ki, Ermənistan imza atmalı olduğu kapitulyasiya aktı ilə Kəlbəcər, Laçın və Ağdam kimi böyük və strateji rayonları döyüşsüz qaytarmağa məcbur oldu. Biz bu gün Qalib xalqın nümayəndələriyik. Azad edilən torpaqlarda mərhələli şəkildə quruculuq işləri aparılır, doğma məkanlarımıza mərhələli şəkildə qayıdırıq. Hər birimiz Böyük Qayıdışla milli birliyimizə, milli kimliyimizə, milli şüurumuza qayıdırıq. Bütün bunlara görə qəhrəman şəhidlərimizə, qazilərimizə borcluyuq. Gənclərə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərimizin aşılanması üçün hər birimiz Qələbəmizin memarları olan şəhidlərimizin həyat və döyüş yolunu təbliğ etməli, onları unutmamalıyıq. Əminəm ki, qədirbilən xalqımız, yetişən gənclik öz qəhrəmanlarını əsrlər boyu yaşadacaq".
Tədbir dədii hissə ilə davam edib. Tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında musiqi nömrələri səsləndirilib, "Ümid Günəşi” bədii kompozisiyası nümayiş etdirilib.
Həmçinin şəhid övladları "Qəhrəman övladıyıq" mahnısını ifa ediblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay