Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37693 abituriyentdən (I qrup üzrə 31167 nəfər, IV qrup üzrə 6526 nəfər) 1551 nəfər (I qrup üzrə 1379 nəfər, IV qrup üzrə 172 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 7 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 7986 abituriyentdən 954 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Bankə qəsəbə 2 saylı orta məktəbin məzunu Əliyev Mirağa İxtiyar oğlu və Gəncə şəhər 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğlu göstərib. İsmayılov Alı Vəfadar oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər – Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əliyeva Fidan Ayaz qızı, Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Hüseynli Arif Pərviz oğlu, Xaçmaz rayon 8 saylı şəhər orta məktəbinin məzunu Əliyeva Ləman Vasif qızı, Bakı şəhər 129 saylı orta məktəbin məzunu Babayev Anar Qurban oğlu, Bakı şəhər 220 saylı məktəb-liseyin məzunu Xəlilova Aylin Rauf qızı göstərib. Xəlilova Aylin Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 iyun saat 10:00-dan 23 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

• Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında (vərəqində) təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Son xəbərlər

Qəzənfər Məsimoğlu : BU KƏND ƏNGİRƏVANDI - FOTO

Abşeronda da Tibb İşçilərinin Peşə Bayramı qeyd edildi - Fotolar

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi - Açıqlandı

Portuqaliya - Konqo oyununda hesab açılıb - YENİLƏNİR

“Törətdiyi əməli tam dərk etmir, güman ki, internet oyunları səbəb olub”

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub

Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Miqren insult riskini ikiqat artırır - Xəbərdarlıq

Rəqəmsal səyyahlara şad xəbər

Azərbaycanda yeni maliyyələşmə mexanizmi yaradılır

Gənc qız Mehmet Ali Erbili ifşa etdi - "Ona görə çölə çıxa bilmirəm"

9-cu sinif şagirdi qəfil vəfat etdi - Foto

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Əməkdar artistin xanəndə oğlu vəfat etdi - Foto

DÇ-2026: Avstriya İordaniyanı məğlub edib

Natella Nur : AD GÜNÜ - FOTO

BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - Foto

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Qoca çinar maşının üstünə aşdı - Fotolar

Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto

80 milyonluq yaxtasını satır

Ağstafa su kanalında kişi batıb

Aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydalar gəlir

Orqanizmdə xroniki iltihabı azaldan məhsullar

Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir

Sürücülərin çoxu bilmir: Motosikletin sükanına sarı əski bağlanıbsa, diqqətli olun

Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930