Mobil telefonların hələ icad edilmədiyi dövrlərdən bəri Avropa yollarında onilliklərdir istifadə olunan bu üsul sürücülər arasında həyati bir həmrəyliyin rəmzidir. Almaniya, Danimarka və Norveç kimi ölkələrdə bir ənənəyə çevrilən və motosiklet mühitinin öz aralarında istifadə etdiyi bu gizli kodun arxasında mühüm həqiqətlər dayanır.

Sükana bağlanan sarı əski, motosikletçilər arasında qeyri-rəsmi, lakin qlobal olaraq bu anlama gəlir: "Çətin vəziyyətdəyəm, köməyə ehtiyacım var!" Bu, sürücünün ya mexaniki nasazlıq ucbatından yolda qaldığını, ya da qəfil pisləşmə, yaralanma kimi fiziki narahatlıq səbəbindən yoluna davam edə bilmədiyini göstərir. O, sözlərə ehtiyac duymadan, yoldan keçən digər həmkarlarına bir SOS siqnalı göndərir.

Sarı rəngin seçilməsi təsadüfi deyil. Sarı, insan gözünün ən sürətli qəbul etdiyi və görünmə dərəcəsi ən yüksək olan rənglərdən biridir. Bunun sayəsində əlverişsiz hava şəraitində, güclü yağışda və ya toranlığın az işıqlı mühitində belə yoldan keçən digər sürücülər tərəfindən sürətlə fərq edilə bilir.

Ölkələrə görə dəyişən kodlar: "Yerə qoyulan kask"
Bu səssiz imdad çağırışı ölkədən ölkəyə fərqlənə bilər. Məsələn, İspaniyada və bəzi Aralıq dənizi ölkələrində motosikletçilər sarı əski yerinə kasklarını (dəbilqələrini) motosikletin yanına, yerə qoymağa üstünlük verirlər. Yol hərəkəti qaydalarında yazılmasa da, kaskın yerdə dayanması həmin sürücünün təcili kömək gözlədiyinin net göstəricisidir.

Həyat qurtaran kask seçimi necə olmalıdır?
Motosiklet mühitində kaskın yerə qoyulması bir kömək siqnalı olsa da, onun əsas vəzifəsi insan bədəninin ən mühüm orqanını - beyni qorumaqdır. Araşdırmalar göstərir ki, motosiklet qəzalarındakı ölümlərin təxminən 80%-i kəllə-beyin travmalarından qaynaqlanır. Doğru kask seçimi ölümcül yaralanma riskini 30% azaldır, qəzadan xəsarətsiz qurtulma şansını isə 20% artırır.

Kask seçərken və istifadə edərkən bu kritik detallara diqqət yetirilməlidir:

Doğru ölçünü seçin: Başınızın çevrəsini qaşlarınızın və qulaqlarınızın dərhal üzərindən ölçün. Daxili doldurucu materiallar zamanla bir az boşalacağı üçün kask başınıza tam oturmalı, boşluq qalmamalı, hətta yüngülcə sıxmalıdır.

Tam qapalı (Full-Face) modellərə üstünlük verin: Açıq kasklar yüngül və havalı olsa da, üzü və çənəni qorumasız qoyur. Yol sürüşlərində hər zaman çənəni də qoruyan tam qapalı kasklar seçilməlidir.

Material keyfiyyəti: Fiberqlas kasklar, polikarbonat və ya termoplastik kasklarla müqayisədə zərbələrə qarşı daha dözümlüdür. Polikarbonat kasklar zamanla qoruyucu xüsusiyyətini itirdiyi üçün bir neçə ildən bir yenilənməlidir.

Sertifikat etiketini yoxlayın: Üzərində Avropa Birliyi standartlarına uyğunluğunu göstərən "E" hərfi və sertifikatlaşdırma ölkəsinin nömrəsi olan təsdiqlənmiş kasklardan başqasını əsla istifadə etməyin.

Son xəbərlər

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930