Xəbərlər
17.06.2026, 09:29
80 milyonluq yaxtasını satır
Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ 80 milyon TL (təxminən 3 milyon manat) dəyərində olan lüks yaxtasını satışa çıxarıb. “Mazu 52 HTS” model xüsusi hazırlanmış yaxtanın satış qərarı diqqət çəkib.
“Qafqazinfo” “Akşam” qəzetinə istinadən xəbər verir ki, satışın arxasında maddi səbəblər deyil, emosional və şəxsi bir hadisə dayanır.
Bildirilir ki, aktyor yaxın dostu Halit Yukayın bir neçə ay əvvəl baş verən dəniz qəzasında həyatını itirməsindən sonra ciddi sarsıntı keçirib.
Tatlıtuğun sözügedən yaxtanı məhz həmin dostundan aldığı və uzun müddət dənizdə istirahətini bu vasitə ilə etdiyi qeyd olunur. Lakin dostunun faciəvi ölümü aktyorun dəniz və yaxta ilə bağlı hisslərinə ciddi təsir göstərib.
Mənbələrin iddiasına görə, Tatlıtuğ yaxtadan istifadə etdikcə həm dostu ilə bağlı xatirələr, həm də yaşadığı kədərli hadisə onun üçün daha ağır psixoloji yükə çevrilib. Bu səbəbdən aktyorun artıq həmin yaxtada vaxt keçirmək istəmədiyi və onu satmaq qərarına gəldiyi bildirilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay