Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Elmir Hacızadə ABŞ və Avropanın nüfuzlu 10 universitetindən qəbul alıb.

“Qafqazinfo” xəbər verir ki, BANM tələbəsinin qəbul aldığı universitetlər aşağıdakılardır:

- Karnegi Mellon Universitetinin İnformasiya təhlükəsizliyi və İnformasiya təhlükəsizliyi siyasəti və menecment proqramları;

- London İmperial Kollecinin Təhlükəsizlik və davamlılıq: elm və texnologiya proqramı;

- Kolumbiya Universitetinin Süni intellekt proqramı;

- Çikaqo Universitetinin İctimai siyasət proqramı;

- Bristol və Birmingem universitetlərinin Kibertəhlükəsizlik proqramları;

- Stokholm Universitetinin İnformasiya təhlükəsizliyi proqramı;

- KU Leuven, Münster Universiteti və Tallin Texnologiya Universitetinin birgə həyata keçirdiyi “Dövlət sektorunda innovasiya və Elektron hökumət” proqramı.

Elmir Hacızadə tələbəlik müddətində bir çox uğurlar qazanıb:

- bp və “Prosol” şirkətlərinin təşkil etdiyi Kibertəhlükəsizlik təqaüdünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təqaüdünə layiq görülüb.

- Beynəlxalq Astronavtika Konqresində kiberinsidentlərin idarə olunması mövzusunda elmi iş təqdim etmək üçün dəvət alıb. TEKNOFEST 2025 yarışmasında kapitanı olduğu komanda “Ən yaxşı təqdimat mükafatı”nı qazanıb.

- “Huawei Seeds for the Future” proqramında Azərbaycanı təmsil edib və kapitanı olduğu komanda “Ən aktiv komanda” mükafatına layiq görülüb.

- Almaniyanın Münhen şəhərində keçirilən Beynəlxalq gənclər görüşündə ölkəmizi təmsil edib və “Mannheimer” təqaüdünün dünyada yeganə qalibi seçilib.

- MIT Siyasət Hakatonunda iştirak edərək uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə yönəlmiş kiber siyasət həlləri təqdim edib.

- Oksford Universitetinin “Hökumətdə süni intellekt və rəqəmsal transformasiya” sertifikatını əldə edib.

- “Google” tərəfindən seçilərək BANM-də “Google Developer Student Club”un təsisçilərindən biri olub.

Elmir kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində təcrübə keçib.

Hazırda “Cyber On” şirkətində kibertəhlükəsizlik üzrə mütəxəssis kimi çalışır.

Son xəbərlər

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930