Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Abşeron RİH-nin və rayon Mərkəzi Xəstəxanasının birgə təşlkilatçılığı ilə baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Hacı Lətifov, şəhid ailələri və səhiyyə işçiləri iştirak edib. İştirakçılar əvvəlcə Ulu Öndərin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il ölkəmizdə iyunun 17-i Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Qeyd edilib ki, bu gün səhiyyə sahəsi də Ulu Öndərin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində özünün yeni inkişaf mərhələsini yaşayır. Son illər yüzlərlə tibb müəssisəsinin tikilərək istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların ölkəmizə gətirilməsi, tətbiqi və həyata keçirilən islahatlar respublikamızda bu sahəyə dövlət tərəfindən böyük qayğının göstərilməsindən xəbər verir.

Bildirilib ki, səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.

Sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Hacı Lətifov bildirib ki, müasir inkişaf stategiyası ümumilikdə tibbi xidmətin yeni tələblər səviyyəsinə qaldırılmasına çoxlu imkanlar yaradıb. Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir.

Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fərrux Sədirov da tibb sahəsinin özəlliklərindən, rayonda həyata keçirilən tibbi xidmətdən və müalicə prosesi haqqınbda ətraflı məlumat verib.

Daha sonra 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətində fərqlənən tibb işçilərinə Fəxri Fərmanlar verilib.











Son xəbərlər

Qəzənfər Məsimoğlu : BU KƏND ƏNGİRƏVANDI - FOTO

Abşeronda da Tibb İşçilərinin Peşə Bayramı qeyd edildi - Fotolar

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi - Açıqlandı

Portuqaliya - Konqo oyununda hesab açılıb - YENİLƏNİR

“Törətdiyi əməli tam dərk etmir, güman ki, internet oyunları səbəb olub”

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub

Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Miqren insult riskini ikiqat artırır - Xəbərdarlıq

Rəqəmsal səyyahlara şad xəbər

Azərbaycanda yeni maliyyələşmə mexanizmi yaradılır

Gənc qız Mehmet Ali Erbili ifşa etdi - "Ona görə çölə çıxa bilmirəm"

9-cu sinif şagirdi qəfil vəfat etdi - Foto

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Əməkdar artistin xanəndə oğlu vəfat etdi - Foto

DÇ-2026: Avstriya İordaniyanı məğlub edib

Natella Nur : AD GÜNÜ - FOTO

BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - Foto

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Qoca çinar maşının üstünə aşdı - Fotolar

Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto

80 milyonluq yaxtasını satır

Ağstafa su kanalında kişi batıb

Aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydalar gəlir

Orqanizmdə xroniki iltihabı azaldan məhsullar

Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir

Sürücülərin çoxu bilmir: Motosikletin sükanına sarı əski bağlanıbsa, diqqətli olun

Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930