II və III ixtisas qrupları üzrə keçirilən imtahanların nəticələri AÇIQLANDI


Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 6-7 iyul 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Bu barədə DİM-dən məlumat verilib.

İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 29398 abituriyentdən (II qrup üzrə 12778 nəfər, III qrup üzrə 16620 nəfər) 509 nəfəri (II qrup üzrə 301 nəfər, III qrup üzrə 208 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) Ağsu rayon Musabəyli kənd orta məktəbinin məzunu göstərib. II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 681.4 baldır.

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (388.2 bal) Ağdam rayon 89 saylı orta məktəbinin məzunu göstərib. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Şamaxı şəhər 1 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.8 bal, birinci mərhələsində isə 279.8 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 666.6 baldır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 iyul 2022-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət edib. DİM-dən abituriyentlərin nəzərinə çatdırılıb ki, bu tip müraciətlərə baxılmayacaq.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 23 iyul saat 10:00-dan 25 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Son xəbərlər

"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - FOTO

Radarladan itən təyyarə qəza enişi etdi - YENİLƏNİB

"Nəsə etmək istəyirlər, amma nə edəcəklərini bilmirlər" - Tramp

Məşhur aktrisa 35 yaşında öldü

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi

Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur

Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır

Ankarada fəaliyyət göstərən Səda Musiqi Kursunun “Səda” Musiqi və Rəqs Qrupunun Akademik Konserti möhtəşəm sənət gecəsinə çevrildi - FOTO

Dünya Qadın Seriyası: "Neftçi" Orlean mərhələsinin çempionu olub

Qəzənfər Məsimoğlu : BU KƏND ƏNGİRƏVANDI - FOTO

Abşeronda da Tibb İşçilərinin Peşə Bayramı qeyd edildi - Fotolar

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi - Açıqlandı

Portuqaliya - Konqo oyununda hesab açılıb - YENİLƏNİR

“Törətdiyi əməli tam dərk etmir, güman ki, internet oyunları səbəb olub”

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub

Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Miqren insult riskini ikiqat artırır - Xəbərdarlıq

Rəqəmsal səyyahlara şad xəbər

Azərbaycanda yeni maliyyələşmə mexanizmi yaradılır

Gənc qız Mehmet Ali Erbili ifşa etdi - "Ona görə çölə çıxa bilmirəm"

9-cu sinif şagirdi qəfil vəfat etdi - Foto

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Əməkdar artistin xanəndə oğlu vəfat etdi - Foto

DÇ-2026: Avstriya İordaniyanı məğlub edib

Natella Nur : AD GÜNÜ - FOTO

BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - Foto

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930