Azərbaycan dili üzrə imtahanın nəticələri elan olundu


Məlum olduğu kimi, 2022-ci il 12 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

DİM-dən verilən məlumata görə, imtahan nəticələri iyunun 20-də saat 17:36-dan etibarən DİM-in internet səhifəsində yerləşdirilib. Şagirdlər 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.Ad - 00:10

İmtahanda iştirakı nəzərdə tutulan 1155 nəfərdən 117 nəfər imtahana gəlməyib.

Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən cari və əvvəlki illərin abituriyentləri isə imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İyunun 12-də keçirilən imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 22 iyun 2022‑ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 21-23 iyun tarixlərində DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Son xəbərlər

44 yaşlı usta emalatxanada öldü

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

Hakan Fidan və Lavrov nələri müzakirə edəcəklər?

"Şəfa"da yeni müqavilə

Müəllimlər vahid geyim formasına keçəcək?

“AzərEnerji”də qanvermə aksiyası keçirildi - Fotolar

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - Fotolar

Gündüz mürgüləməsi təhlükəli ola bilər

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Azərbaycan IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

"Telegram" bir həftəlik bloklandı - Hindistanda

"Zelenski ciddi danışmağa hazırdırsa, Moskvaya gələ bilər" - Peskov

Təkrar imtahanlarda iştirak edəcəklərin nəzərinə!

“Atası prokuror idi, ölümü lazımi qaydada araşdırılacaq” - FOTO

ŞAİRLİK TİTULDAN YOX, QƏLBDƏ YAŞAYAN SÖZ SEVGİSİNDƏN BAŞLAYIR - FOTO

Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək

Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub

Bakıda 9 istiqamətdə tıxac müşahidə olunur

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti - FOTOLAR

Natella Nur müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir - FOTO

ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik

"Kıskanmak"dan sonra bu seriala çəkiləcək - FOTO

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Alıcan İsgəndərli : Mənsə arpa yeyirəm - FOTO

Belçika - Misir oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930