BU TİTRƏK, QURUMUŞ
DODAQLARIMDA,
BƏNİZİ SARALMIŞ YANAQLARINDA,
Bir eşqin naləsi, sözü qalıbdır.
ŞAİR Məlahət Behbud Qızı yaradıcılığında sevgi iztirabı...

Çox zaman, "Ağsu Yazarları" Ədəbi Birliyinin qrup paylaşmalarında, yaradıcılıq nümunələri ətrafında keçrilən fikir mübadiləsində, tez-tez belə bir söz eşidilir. "Yeni söz, yeni fikir yoxdu" və yaxudda "Ümumi söz yığnağıdır" kimi ifadələr həmişə məni düşündürüb. Fikiri başa düşmək olar. Bəs bu yeni söz nədir...?
Çox zaman da, birliyin sədri Raqif Nazimoğlu və digər yaradıcı dostlar arasında bu müzakirələrdə gətirdikləri sitatlar, verdiyi izahlı açıqlamaları sonda düşüncəmə rahatlıq gətirib. Dəyərli dostların fikirləri, dolğun və çox düzgün, məntiqli izahları, fikirlərimə yaxın cavablar olduğundan ruhən qəlbimdə rahatlıq tapmışam.

Bu kimi fikirlər təkcə bizdə, "Ağsu Yazarları" Ədəbi Birliyində deyil, çox zaman elə burada, fb-də, yaradıcı dostlarım arasında gedən müzakirələrdə də eşidilməkdədir. Yəni, söylənilən fikirlərin ümumiləşdirilmiş məntiqi, gözəl filosofumuz Əbu Turxanın dediyi kimi, - "Ən mahir müəllif də yetkin olmayan dildə yetkin əsər yaza bilməz" .

Doğurdan da, zəngin dilə malik Azərbaycan Ədəbiyyatında müxtəlif çalarlarda sözün rəngi öz gözəlliyin qoruyub saxlayıb.
Bu fikirləri söyləməkdə bir məqsədim var. Yəni, dilimizdə istifadə olunan bütün sözlərdən demək olar ki, yetərincə istifadə olunub və yaradıcı insanlarımız mükəmməl yaradıcılıq ortaya qoyublar. Burada sadəcə fikiri gözəl ifadə etmək lazımdır. Necə deyərlər, XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi. Əsl adı Fransua-Mari Aruedir olan, Volter dediyi kimi, - "gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir". Bu doğruluğu Böyük mütəfəkkirimiz Məhəmməd Füzuli isə belə təsdiq edib, -
"Ey könül ! Söz xəzinəsinə açsan,
Dinləyən şəxsi gözlə yormayasan !
Bəs edər bu verdiyin inci gövhər
İncidə çox olanda dəyəri itər...

Bəli, Camaleddin Rumi dediyi kimi, -"İdrak edə bilən üçün bu yerlərin, göylərin hamsı sözdür"...
Bu gün səhər gözəl şairimiz Məlahət Behbud Qızının (Qəmli yazar), -"YAZARA DÖNDÜM" şeiri, fikrimi yuxarıdakı düşüncəmi məşğul etməyə başladı. Şairin bu şeirində, çox sadə sözlərlə cilalanmış fikirləri, ruhumda başqa bir yeniliyin yaratdığını gördüm.

Hamımız yaxşı bilirik ki, məlum yeddi rəng var. Amma, bu rənglərin yaratdığı, ruhumuzu oxşayan, bizi tilsiminə salan lövhələr, rənglərin heç də yeddi olduğuna dəlalət etmir. Bizdə elə təsəvvür yaradır ki, o yeddi rənglərlə istənilən ecazkar rənglər yaratmaq olar. Düşüncəmə görə sözdə elədi...
Aristotel deyir ki, - "Sözün ən gözəli, söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür."
Şair Məlahət Behbud Qızının istinad etdiyim "YAZARA DÖNDÜM" şeirinin adama yaşatdıqları bunları deməyə məni məcbur qoydu.
Şair, o qədər sadə, ruha məlhəm olacaq sözlərlə öz iç dünyasının yaşantılarını dilə gətirir ki, insan kimi o gözəlliyin təsirinə düşüb gedirsən.
Getdin, son sözünü demədən belə,
Göz yaşım axaraq, qarışdı selə.
Gedişin qəlbimi gətirdi dilə,
Sayəndə bir qəmli yazara döndüm.

Bir sevgi nisgili, saf məhəbbət yaşantısı. Onun insana yaşatdığı sevincin qəmli notları...
Yaşardım ömrümü mən gülə-gülə,
Hər hissi səninlə tən bölə-bölə.
A zalım! De necə qıydın mən gülə?
Sayəndə bir qəmli yazara döndüm.

Fransız yazıçısı və əxlaqşünası Vovenarq deyir ki, - "Ürək hisslərlə dolu olanda söhbətdə maraqlı olur". Doğurdan da, sevginin insan qəlbinə doldurduğu hislər insanı nələrə vadar etmir...?
Sənsiz keçən günüm ömür-gün deyil,
Qəmli bu ürəyi ovutmur şeir.
Qələm öyündükcə, ürəyim deyir:
-Sayəndə bir qəmli yazara döndüm.

Şair, yaşanan sevginin verdiyi ümüdlərin birdən-birə heç olmasını, sözdən tikilən sarayının, sanki pəncərəsindən də işıq əvəzinə kədər, qəm, qüssə süzüldüyün çox gözəl, sadə sözlərlə oxucusuna çatdırır.
Ev tikdim özümə gör ki, nələrdən,
Gəl qurtar sən məni bu bəlkələrdən.
Xəbərin yoxdur ki, bu kəlmələrdən,
Sayəndə bir qəmli yazara döndüm.

Bəli, doğurdan da, ürək dolu olanda, söhbət də, söz də maraqlı olur. Aristotel dediyi kimi, - "Üslubun üstünlüyü fikirin aydın olmasındadır".
Şair, haqq olaraq həyatın iztirablı sınağından çıxaraq deyir;
İndi artıq mən də o mən deyiləm,
Məkanım yox sərgərdanam, veyiləm.
Keçən hər gün üzü sənə meyiləm,
Sevinci qəlbində azara döndüm
Sayəndə bir qəmli yazara döndüm.

İztirablı sevgnin yaşantısından - "... qəmli yazara döndüm" - deyən şairin, səliqəli, sadə və səmimi söz düzlüşüylə yaratdığı bütün şeirləri insan ruhunun qidasına çevrilir.
İngilis yazıçısı Robert Burton deyir ki, - "Sevgi, dünyanın ən şirin xoşbəxtliyi ilə, ən dərin ağrısından yaradılmışdır.
Şair Məlahət Behbud Qızının eşq və sevgi haqqında yazdığı, bir-birindən rəngarəng yaradıcılıq nümunələri oxucunu özünə çəkir. Onun, eşqdən doğan digər bir, -" QALIBDIR"- şeirində bütün bunları görmək mümkündür. Məsələn,
Bu titrək, qurumuş dodaqlarımda,
Bir eşqin naləsi, sözü qalıbdır.
Bənizi saralmış yanaqlarımda,
Göz yaşını saysam, yüzü qalıbdır.

Hansısa dahi deyib ki, eşq qadında bir roman, kişidə bir hissdir. Doğurdan da qadın eşqi çox əzablı olur.
Mən elə bilirdim sənsiz ölərəm,
Tənha ikən dərdi kimlə bölərəm?
Deyirdim; bəlkə də deyib-gülərəm,
Ruh çıxıb, bədənin özü qalıbdır.

İnsan, eşq yaşantısında çəkdiyi iztirablardan yaranan dərdi, düşüncəsində çox acı çəkdiyin büruzə verir, onu ümüdləndirir. Necə ki, şair deyir,
İnsan bəzən ümid umurmuş yoxdan,
Yox yerdən günəşli olurmuş çox dan,
Bu eşqin atəşi sönsə də çoxdan,
Hələ də sönməyən közü qalıbdır.

Bu ümüdün közərən işartısında, qığılcım axtarılan şairimiz, hələ də ümidin üzmür və deyir,
Qayıt, qoy olmasın mane barı,
Axı əzab çəkir qəlbinin yarı.
İnsaf et, dön geri, bax mənə sarı,
Əlimdə əlinin izi qalıbdır.

Eşqin acı gərəyini orjinalıqla ifadə edən şair sonra deyir.
Hər gecə həsrətdən ölür mələyin,
Dərdləri qəlbiylə bölür mələyin,
Hələ də bir işıq görür mələyin,
Əriyən canımın üzü qalıbdır.

Şair Məlahət xanımın vətənə sevgisi, təbiət gözəlliyinə vurğunluqu, insan qayğıları, cəmiyyətə baxışı və digər mövzularda qələmə aldığı hər bir şeirində oxucuya duyğulu hissi yaşamağı bacarır. Onun, - "SÖZÜM SİZƏDİR" - ünvanlı yazdığı şeirdə, həqiqətən də bir nəsihətnamə var.
Ay mənim elimin mərd oğlu-qızı,
Sizi çox sevirəm, sözüm sizədir.
Dağ dağa söykənər, insan insana,
Əyriylə işim yox,düzüm -düzədir.


Özünə kor olan, özgəyə qanan,
Yadın ocağına sığınıb yanan,
Adi sözdən inciməyin,küsməyin,
Mənim gücüm beş-üç kəlmə sözədir.

-deyən şairin Dərələyəz mahalının yetişən gənclərinə, Dədə Qorquddan üzübəri görüb-götürdüyü və öyrəndiyi dəyərləri şair öz məlhəm dilində oxucusuna tövsiyə edir.
Şairin "YOLLAR İTİRDİ BİZİ", "BU HƏYATDI" şeirləri də çox mənalı və düşündürücüdür.
Məlahət xanımın, - Dağlar, sənin boyda dağım var mənim", deyən şairin, - "DAĞIM VAR MƏNİM"- şeirinin süjet xətti bir yurd həsrətinin nisgili üzərində qurulmuşdu.
Dərddən sığınmağa
YER TAPAMIRAM,
Boş qalmış SOLUM VAR, SAĞIM VAR
MƏNİM.
Həsrətdən, qübardan GÖZ
AÇAMIRAM
DAĞLAR , SƏNİN BOYDA DAĞIM
VAR MƏNİM.
Doğma anam kimi
GƏLSƏM QOYNUNA,
QOLLARINI SARSAN
mənim boynuma,
Mən düşdüm, sən düşmə
BƏXTİN BOYNUNA,
Dağlar, sənin boyda
DAĞIM VAR MƏNİM.
FƏLƏYİN SİNƏMƏ vurduğu dağı
ÇƏKDİM ÖMÜR BOYU
mən, sən sayağı.
Nə qədər bərk bassam YERƏ AYAĞI,
Dağlar, sənin boyda
DAĞIM VAR MƏNİM.
GÖYDƏ BƏDİRLƏNMİŞ ayın olaydım,
BUZ ÇEŞMƏN, BOL SULU
çayın olaydım,
Kaş sənin GÜNƏŞLİ YAYIN OLAYDIM,
Dağlar, sənin boyda
DAĞIM VAR MƏNİM.
QƏDRİNİ BİLMƏZ Kİ, yadlar, yağılar,
YAD ƏLDƏ İNLƏYƏN ellər çağırar,
SƏNƏ QOVUŞMASAM
dünyam dağılar,
Dağlar, sənin boyda
DAĞIM VAR MƏNİM.
HƏSRƏTİN ÜZƏCƏK, vallah, qəlbimi,
Taqətdən salıbdır ƏYİB QƏDİMİ.
KEÇMİŞƏM yüz dəfə
SƏBİR HƏDDİMİ,
Dağlar, sənin boyda
DAĞIM VAR MƏNİM.
BU DƏRDLƏ DÜNYANI
dolanıb gəzər,
Yazdığım qələm də
AHIMDAN BEZƏR,
MƏLAHƏTİN QƏLBİN ümidlər əzər,
Dağlar, sənin boyda
DAĞIM VAR MƏNİM.

Gözəl şairəmizin son vaxtlar izlədiyim yaradıcılığında hiss etdiyim səmimiyyətin poetik çalarlarda məna yükünün dəyərin görürəm. İnanıram ki, böyük oxucu sevgisini qazanan şairimiz, duyğusundan süzülüb gələn poetik fikirləri ilə hələ bundan sonra çox oxucunun ruhunu oxşayacaq, ruhuna sakitlik gətirəcək...
Bu inamla da gözəl şairimizə uğurlu yaradıcılıq diləyirəm.
Böyük səmimiyyətlə,

Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31