Xəbərlər
31.03.2025, 01:22
Rusiyada binanın damından ətrafa atəş açan şəxs zərərsizləşdirilib
Rusiyanın Murmansk şəhərində naməlum şəxs Kolski prospektində 14 mərtəbəli binanın damından ətrafa odlu silahdan atəş açmağa başlayıb.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Murmansk qubernatoru Andrey Çibis bildirib.
Onun sözlərinə görə, hadisə yerinə “SOBR” xüsusi təyinatlı polisləri cəlb edilib və ərazi mühasirəyə alınıb. Qubernator insidentlə bağlı sakinlərə müraciət edərək hər kəsdən sakit olmağı və əsas təhlükəsizlik tədbirlərini görməyi xahiş edib.
Bir müddət sonra atəş açan şəxs “SOBR” və “OMON”un əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay