Turaztv.az xəbər verir
Tanınmış ziyalı, rayon ağsaqqalı, uzun müddət rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, partiya işində və dövlət idarəetməsində məsul vəzifələrdə çalışmış tarix elmləri üzrə fəlsəfə doktoru, dossent Xanalıyev Vahid Məmmədyar oğlu
ömrünün 84-cü baharında vəfat etmişdir.

Vahid Xanalıyev 1941-ci il dekabrın 17-də Şamaxı şəhərində anadan olub. S.M.Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı şəhərində əmək fəaliyyətinə başlayıb. 1960-1963-cü illərdə hərbi xidmətdə olmuş, tərxis edildikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsini qəbul olaraq oranı fərqlənmə diplomu ilə bitirmişdir. Vahid müəllim Universiteti bitirdikdən sonra bir müddət Şamaxıda C.Cəbrayılbəyli adına şəhər 5 saylı orta məktəbdə çalışmış, elmə olan marağı onu D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indi Azərbaycan İqtisad Universiteti) iqtisadi tarix kafedrasının aspiranturasına gətirib çıxarmışdır. Aspiranturanı uğurla bitirən Vahid Xanalıyev Şamaxıda S.Ə.Şirvani adına Diyarşünaslıq muzeyinə direktor təyin edilmişdir. Yüksək elmi-pedaqoji hazırlığa malik olan Vahid müəllim bu illərdə həm də təşkilatçılıq qabiliyyəti ilə diqqəti cəlb edir və dövlət qulluğuna irəli çəkilir. Öncə rayon partiya komitəsinə təlimatçı, təşkilat şöbəsinin müdiri, 1978-1980-ci illərdə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunun direktoru, 1980-1982-ci illərdə Şamaxı Şəhər Sovetinin sədri, 1982-1989-cu illərdə "Şamaxı" üzümçülük sovxozunun direktoru, 1989-1991-ci illərdə yenidən Şamaxı Şəhər Sovetinin sədri, 1991-2000-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında direktor müavini, 2000-ci ildən 2013-cü ilədək isə 85 saylı Şamaxı Dairə Seçki Komissiyasının sədri kimi məsul vəzifələrdə çalışmış, dövlətin ona göstərdiyi etimadı doğrultmuşdur.
Vahid Xanalıyev həm də qayğıkeş ata və ailə başçısı idi.
Rayon ictimaiyyəti adından Vahid Xanalıyevin vəfatından kədərləndiyimizi bildirir, ailəsinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Son xəbərlər

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930