Xəbərlər
19.02.2025, 00:15
ŞƏHLA XƏLİLQIZI : Taleyimin yollarında - FOTO
Taleyimin yollarında
Gör nə qədər yollar keçdim,
Saf bulağın suyun içdim,
Haqqı seçib donun biçdim,
Taleyimin yollarında.
Sındırmadım nə bir ürək,
Şahidimdir, uca fələk,
Qələm oldu mənə dirək,
Taleyimin yollarında.
Şükür dedim hər günümə,
Sərhəd qoydum hər sözümə,
Kölgə salmadım izimə,
Taleyimin yollarında.
Yaxşıya mən yaxşı dedim,
Nə sındırıb, nə əymədim,
Mən-mən deyib öyünmədim,
Taleyimin yollarında.
Pis insandan uzaq durdum,
Yaxşı dostla salıq vurdum,
Zirvələrdə binə qurdum,
Taleyimin yollarında.
Sıxıntılar olsa da çox,
Bircə kərə demədim, ox,
Yaşamışam mən gözü tox,
Taleyimin yollarında.
Şəhla, ömür gəlib yetir,
Hər nə əkdin oda bitir,
Əmanətin hər bir sətir,
Taleyimin yollarında.
Saf bulağın suyun içdim,
Haqqı seçib donun biçdim,
Taleyimin yollarında.
Sındırmadım nə bir ürək,
Şahidimdir, uca fələk,
Qələm oldu mənə dirək,
Taleyimin yollarında.
Şükür dedim hər günümə,
Sərhəd qoydum hər sözümə,
Kölgə salmadım izimə,
Taleyimin yollarında.
Yaxşıya mən yaxşı dedim,
Nə sındırıb, nə əymədim,
Mən-mən deyib öyünmədim,
Taleyimin yollarında.
Pis insandan uzaq durdum,
Yaxşı dostla salıq vurdum,
Zirvələrdə binə qurdum,
Taleyimin yollarında.
Sıxıntılar olsa da çox,
Bircə kərə demədim, ox,
Yaşamışam mən gözü tox,
Taleyimin yollarında.
Şəhla, ömür gəlib yetir,
Hər nə əkdin oda bitir,
Əmanətin hər bir sətir,
Taleyimin yollarında.
18.02.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


