Xəbərlər
12.01.2025, 22:09
PÜNHAN ŞÜKÜR : Oğul ana itirəndə - FOTO
Oğul ana itirəndə
İşindən evə tələsmir,
Səmt küləyi daha əsmir,
Ağlı bir təsəlli kəsmir,
Oğul ana itirəndə.
Tanıdığı yerdə azır,
İmzasını “ANA” yazır.
Qurbanı olmağa hazır,
Oğul ana itirəndə.
Bacısına mehrin salır,
Doğanının ətrin alır.
Yenə duyğusu kəm qalır,
Oğul ana itirəndə.
Atasına kini doğur:
“Kişi nə təmkinli durur?..”
“Amma”sı “lakin”i boğur,
Oğul ana itirəndə.
Yox yandıranı üzərlik,
Nəyi qalıb bədnəzərlik?
Deyir: “Əlvida, Gözəllik!”
Oğul ana itirəndə.
Dönüb “Ana Muzeyi”nə,
Qaçır evin quzeyinə,
İstəyir kəfən geyinə
Oğul ana itirəndə...
Səmt küləyi daha əsmir,
Ağlı bir təsəlli kəsmir,
Oğul ana itirəndə.
Tanıdığı yerdə azır,
İmzasını “ANA” yazır.
Qurbanı olmağa hazır,
Oğul ana itirəndə.
Bacısına mehrin salır,
Doğanının ətrin alır.
Yenə duyğusu kəm qalır,
Oğul ana itirəndə.
Atasına kini doğur:
“Kişi nə təmkinli durur?..”
“Amma”sı “lakin”i boğur,
Oğul ana itirəndə.
Yox yandıranı üzərlik,
Nəyi qalıb bədnəzərlik?
Deyir: “Əlvida, Gözəllik!”
Oğul ana itirəndə.
Dönüb “Ana Muzeyi”nə,
Qaçır evin quzeyinə,
İstəyir kəfən geyinə
Oğul ana itirəndə...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












