Xəbərlər
23.06.2023, 22:47
Atanın oğul dərdi - FOTO
Atanın oğul dərdi
Məzarın başında çarəsiz ata,
Hansı təsəlli var, de başın qata,
Oğul yox qolundan, əlindən tuta,
Gecəsi-gündüzü zülmətli gecə,
Varmı elə bir dərd üstündən keçə.
Arzular üstündə toy quran çağı,
Məzarın üstündə naləsi,ağı,
Fələyin yazdığı bu sinə dağı,
Qovuşmaq ümidin şərbət tək içə,
Varmı elə bir dərd üstündən keçə.
Zalım dünya səndə yox imiş vəfa,
Verib qəm ağrısın,verib min cəfa,
Çiçəklər çəkərək görmədik səfa,
Bir şəhid uyuyur məsum körpəcə,
Varmı elə bir dərd üstündən keçə.
Hansı təsəlli var, de başın qata,
Oğul yox qolundan, əlindən tuta,
Gecəsi-gündüzü zülmətli gecə,
Varmı elə bir dərd üstündən keçə.
Arzular üstündə toy quran çağı,
Məzarın üstündə naləsi,ağı,
Fələyin yazdığı bu sinə dağı,
Qovuşmaq ümidin şərbət tək içə,
Varmı elə bir dərd üstündən keçə.
Zalım dünya səndə yox imiş vəfa,
Verib qəm ağrısın,verib min cəfa,
Çiçəklər çəkərək görmədik səfa,
Bir şəhid uyuyur məsum körpəcə,
Varmı elə bir dərd üstündən keçə.
Şəhla Xəlilqızı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












