Xəbərlər
10.08.2024, 21:43
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti namizədliyini irəli sürməyəcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax yeni müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, bu qərarını ailəsi ilə müzakirə etdiyini vurğulayıb. "Mən belə qənaətə gəldim ki, mandatım nəzərdə tutulan müddətdən artıq uzadılmamalıdır", - Bax deyib.
BOK-un prezident seçkiləri 2025-ci ilin martında təşkilatın Yunanıstanda baş tutacaq sessiyasında keçiriləcək.
Bax bu vəzifəni 2013-cü ilin sentyabrından icra edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay